• $ 1.7
  • € 1.9751
  • ₽ 0.02173
  • ₺ 0.0421
  • £ 2.282

Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçirilir

Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçirilir
29.07.2016 09:50

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir.

Komissiyadan Trend-ə verilən məlumata görə, bu mərhələdə 2016 cı ilin aprel ayının 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edəcəklər.

İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay və Şirvan, Xaçmaz şəhərlərində təşkil olunub.

Abituriyentlər imtahanda iştirak etmək üçün tələb olunan "İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytından (https://eservices.tqdk.gov.az/brxvjur/?frm=egov) çap edirlər. Bu sənəddə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə "Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlayır və 2 saat 30 dəqiqə davam edəcək.

Jurnalistika ixtisasına qəbul olmaq üçün 815 abituriyent qeydiyyatdan keçib. Onlardan 539 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 129 nəfərini oğlanlar, 410 nəfərini qızlar təşkil edir. 509 abituriyent Azərbaycan, 30 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda zəlzələ olub
Cəmiyyət 08:56
İranda zəlzələ olub
Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə olub
Cəmiyyət 00:30
Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə olub
Zuğulba şosesində maşın yanıb
Cəmiyyət 20:50
Zuğulba şosesində maşın yanıb
Sumqayıtda yol qəzası baş verib, yaralılar var
Cəmiyyət 20:20
Sumqayıtda yol qəzası baş verib, yaralılar var
26 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 20:04
26 nömrəli marşrutun avtobusları yenilənir
Göyçayda 23 yaşlı qadın itkin düşüb
Cəmiyyət 15:02
Göyçayda 23 yaşlı qadın itkin düşüb
Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:42
Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Sabah 41° isti olacaq
Cəmiyyət 12:37
Sabah 41° isti olacaq
Odlar Yurdu Universitetinin nümayədə heyəti Çində səfərdə olub
Cəmiyyət 12:27
Odlar Yurdu Universitetinin nümayədə heyəti Çində səfərdə olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol