• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

İlham Əliyev Barak Obamanı təbrik etdi

İlham Əliyev Barak Obamanı təbrik etdi
03.08.2016 18:57
Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamanı ad günü münasibəti ilə təbrik edib.

ANN.Az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:
 
"Hörmətli cənab prezident, ad gününüz münasibətilə sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Bu gün Azərbaycan ilə Birləşmiş Ştatları dostluq əlaqələri üzərində qurulmuş sıx və çoxşaxəli əməkdaşlıq münasibətləri birləşdirir. Ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla davam edir. 

Enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əlaqələrimiz yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizə sahəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur.

İkitərəfli münasibətlərimizin hazırkı səviyyəyə yüksəlməsində, əməkdaşlığımızın gündən-günə genişlənməsində sizin xidmətləriniz böyükdür. İnanıram ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Eyni zamanda biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən sizin, cənab prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Belə əlamətdar gündə bir daha sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar diləyirəm".


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol