• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

​Putin və Ruhani Bakıda hərbi-texniki əməkdaşlığı müzakirə edəcək

​Putin və Ruhani Bakıda hərbi-texniki əməkdaşlığı müzakirə edəcək
04.08.2016 10:26
Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında Bakıda keçiriləcək görüşdə hərbi-texniki əməkdaşlıq məsələsinin müzakirəsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu "İzvestiya" qəzetinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiq edib.

D.Peskov qəzetə bildirib ki, iki ölkə liderinin görüş planlarında sözügedən məsələnin müzakirəsi durur. Öz növbəsində qəzetin hökumət apparatındakı həmsöhbəti qeyd edib ki, Rusiya nümayəndə heyətinin tərkibində baş nazirin birinci müavini, hərbi sənaye kompleksinə cavabdeh şəxs Dmitri Roqozin də olacaq.

Kremlin mətbuat xidmətinin çərşənbə axşamı verdiyi məlumata görə, Rusiya prezidenti Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşündə iştirak etmək üçün avqustun 8-də Bakıya səfər edəcək. Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin beynəlxalq və regional siyasətin aktual məsələləri, xüsusilə də, energetika və nəqliyyat sahəsində əməli əməkdaşlığın qurulması perspektivlərini müzakirə edəcəkləri gözlənilir.

Nəşrin məlumatına görə, Putin və Ruhani iki dövlət arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcək, həmçinin İran tərəfi yeni Rusiya silahlarında maraqlıdır. Bundan əlavə, "İzvestiya" iddia edir ki, "burada söhbət qarşılıqlı fəaliyyətin birgə təlimlərin keçirilməsi səviyyəsinədək qaldırılmasından gedə bilər".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
Dünya 20:07
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Dünya 19:00
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Rusiya ordusu Xarkova zərbə endirib, ölən və yaralananlar var
Dünya 18:50
Rusiya ordusu Xarkova zərbə endirib, ölən və yaralananlar var
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Dünya 14:28
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol