• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Mir Şahin Ağayev: “Dövlətimizə inanırıq”

Mir Şahin Ağayev: “Dövlətimizə inanırıq”
10.08.2016 14:08
"Bütün addımlarımız qanun çərçivəsindədir”

 "Hamı dünyaya gələndə bilir ki, nə vaxtsa rəhmətə gedəcək. Heç kim də inanmır ki, sabah rəhmətə gedəcək. Ona görə də hər şeyə belə mütləq inanmayaq. Qanunların ədalətli şəkildə bərpa olunduğu faktlarımız da çoxdur. Beynəlxalq təşkilatlardan müraciətlər adətən qarşı tərəfin istəyi ilə baş tutur. Biz isə dövlətdən dəstək gözləyirik və dövlətimizə inanırıq”.

"Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ANS Müstəqil Yayım və Media Şirkətinin vitse-prezidenti Mir Şahin Ağayev deyib.

"Dövlətimizin bu məsələni tez bir zamanda araşdıracağına əminik. Dövlətimiz olan yerdə başqalarından heç nə istəmirik. Təbii ki, beynəlxalq təşkilatlar da bu işlə maraqlanır. Onları maraqlandıran suallar var. Onların cavablarını müxtəlif səviyyələrdə verənlər var. Biz də o sualların cavablarını imkan düşdükcə veririk. Lakin bu cavablar heç bir halda Azərbaycan dövlətinin imicinə zərər gətirmir. İnanırıq ki qanunlarla ədalətin bərpa olunmasına nail olacağıq. Buna inanmasaq bu gün məhkəmədə olmazdıq. Kanalın açılmasına yönəlik qanuni yollar və imkanlardan istifadə edirik. Bütün addımlarımız qanun çərçivəsindədir”, - M.Ağayev bildirib.

Şirkətin prezidenti Vahid Mustafayev isə ANS-in 1000-dən artıq əməkdaşı olduğunu deyib. "Biz təşkilat olaraq hər gün maliyyə itkiləri ilə rastlaşırıq”, - o, əlavə edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək
Cəmiyyət 23:54
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək
Gəncədə evdən qadın meyiti tapılıb
Cəmiyyət 23:33
Gəncədə evdən qadın meyiti tapılıb
AZAL ilk dəfə Qahirədən Bakıya birbaşa uçuş həyata keçirib
Cəmiyyət 22:35
AZAL ilk dəfə Qahirədən Bakıya birbaşa uçuş həyata keçirib
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Cəmiyyət 21:00
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 20:53
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Cəmiyyət 18:43
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 18:07
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Cəmiyyət 17:40
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Cəmiyyət 17:11
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol