İlham Əliyev fərman imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
ANN.Az xəbər verir ki, fərmana əsasən, "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə”nin 13-cü hissəsi aşağıdakı redaksiyada verilməlidir:
"13. AzərTAc-ın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdirilir”.
www.ann.az
Son xəbərlər
Daha çox