• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Azərbaycana səfər vizalarına görə yeni rüsumun tətbiqinə başlanılıb

Azərbaycana səfər vizalarına görə yeni rüsumun tətbiqinə başlanılıb
11.08.2016 18:35
Xarici İşlər Nazirliyinin Kollegiyası "Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə dəyişikliklər edib.
 
APA-nın məlumatına görə, bu elektron xidmət Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (turistlərə verilən elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edir.
 
Elektron xidmət Xarici İşlər Nazirliyi tərəfindən evisa.mfa.gov.az elektron ünvanında təqdim edilir. Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə, müraciət olunduğu gündən ən geci 15 gün keçənədək, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda, habelə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycan Respublikasında yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci 2 iş günü ərzində baxılır.

Reqlamentə dəyişiklik "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 14 iyun tarixli qanunla bağlıdır.  Qanuna edilən dəyişikliyə əsasən tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumunun məbləği 20 dollar, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün 350 dollar müəyyən edilib. Başqa sözlə, bütün növ vizaların rəsmiləşdirilməsi üçün vahid rüsum 20 dollar müəyyən edilib. Eyni zamanda xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun məbləği həmin "Dövlət rüsumu haqqında” qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsinin Nazirlər Kabinetinin qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan dövlət rüsumu səviyyəsində müəyyən olunmuş məbləğdə tətbiq edilməsi barədə maddə ləğv ediib.
 
"Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də də buna müvafiq olaraq dəyişiklik edilib.
 
Avqustun 10-dan qüvvəyə minən dəyişikliyə görə Azərbaycana səfər etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tranzit vizaları və birdəfəlik giriş vizaları üçün 20 dollar, çoxdəfəlik giriş vizaları üçün 350 dollar məbləğində dövlət rüsumu ödəyəcəklər. Ödəmə üsulları sırasına bank, poçt, plastik kart, internet, elektron ödəmə sistemləri daxildir.
 
Qeyd edək ki, bundan əvvəl birdəfəlik giriş vizaları vizalarının rəsmiləşdirilməsi üçün 50 dollar tələb edilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol