Yuşşenko: Ukraynalılar Putini prezident görmək istəyirdilər
Ukraynanın sabiq prezidenti 2008-ci ildə ukraynalıların çoxunun dövlət başçısı postunda Vladimir Putini görmək istədiklərini söyləyib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Apostrof” nəşrinə verdiyi müsahibəsində bildirib.
"Biz 2008-ci ildə, mən hələ prezident olanda sorğu aparmışdıq. O zaman ukraynalıların 70%-i dövlət başçısı postunda Vladimir Putini görmək istəyirdilər. Ukraynalıların yarıdan çoxu ölkə prezidenti vəzifəsində Vladimir Putini görmək istərdilərmi sualına müsbət cavab veriblər”, - Viktor Yuşşenko bildirib.
O, sözlərinə əlavə edib ki, Kiyev hakimiyyəti zəif milli identizim və milli birliyin olmadığı üçün Krım və Donbassa nəzarəti itirdilər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox