• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Türkiyə Rusiyaya “İncirlik” aviabazasından istifadə etməsinə icazə verə bilər

Türkiyə Rusiyaya “İncirlik” aviabazasından istifadə etməsinə icazə verə bilər
16.08.2016 21:34
Türkiyə Suriyada aparılan antiterror əməliyyatlar zamanı Rusiyaya "İncirlik” aviabazasından istifadə etməsinə icazə verə bilər.
 
ANN.Az-ın APA-ya istinadən xəbərəinə görə, bunu Rusiyanın Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin üzvü İqor Morozov "RİA Novosti”yə müsahibəsində bildirib.    

"Türkiyə Suriyada antiterror əməliyyatların aparılması üçün Rusiyanın Hərbi-Kosmik Qüvvələrinə "İncirlik” aviabazasından istifadə etməsinə icazə verə bilər. Bu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiyaya doğru atdığı addımlarının məntiqi davamı ola bilər”, - deyə İqor Morozov qeyd edib.     

O qeyd edib ki, belə bir qərar Suriya və İranın Rusiyaya "Xmeymim” və "Həmadan” aviabazalarından istifadə etməsinə icazə verməsi fonunda qəbul edilə bilər.  

Rusiya  Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov ötən həftə Sankt-Peterburqda Rusiya və Türkiyə prezidentləri arasında baş tutmuş danışıqlardan sonra Türkiyənin bu cür qərar verəcəyini istisna etməyib: "Görüş zamanı Ərdoğan Suriyada terrorçulara qarşı mübarizədə Türkiyənin Rusiyanı dəstəkləməyə hazır olduğunu bəyan edib”.

"Demək olmaz ki, Rusiyanın "İncirliyə” ehtiyacı var, lakin bu cür qərar Türkiyənin terrorçulara qarşı mübarizədə Rusiya ilə əməkdaşlığa sözdə yox, əməldə hazır olması kimi  səciyyələndirmək olar”, - deyə Ozerov bildirib.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol