• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Türkiyə Misirlə barışmaq istəyir

Türkiyə Misirlə barışmaq istəyir
22.08.2016 19:21
"Türklərlə misirlilər arasında düşmənçilik yaradacaq bir hal yoxdur”.

Oxu.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Misir prezidenti Abdufettah Əs-Sisi ölkəsinin rəsmi qəzetləri kimi tanınan "El-Ehram”, "Ahbar” və başqa qəzetlərə müsahibəsində bildirib.

"Misirlə bağlı siyasətini nəzərdən keçirməsi üçün Türkiyə hökumətinə lazım olan qədər vaxt veririk. Rəsmi Ankara tərəfindən verilən bəyanatlara beynəlxalq əlaqələr və Misir mədəniyyəti çərçivəsində sadəcə olaraq qarşılıq veririk”, - deyə Sisi vurğulayıb.

Xatırladaq ki, iyunun sonunda Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Türkiyənin rəsmi Qahirə ilə münasibətləri yaxşılaşdırmaq istiqamətindəki səyləri alqışlanmış, ancaq Türkiyədən prosesin başlanğıc nöqtəsi kimi ölkənin keçmiş prezidenti Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasının legitimliyini tanımaq tələb edilmişdi:

"Misir xalqının 2013-cü il iyunun 30-da göstərdiyi iradənin və ölkəyə rəhbərliyi öz üzərinə götürmüş iqtidarın legitimliyinin qəbul edilməsi vacibdir. Bu tanınma Türkiyə-Misir münasibətlərinin inkişafı üçün başlanğıc nöqtəsi olacaq”.

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım bir neçə dəfə, o cümlədən avqustun 20-də xarici ölkələrin mediasına müsahibəsində Misirlə də münasibətləri normallaşdırmaq niyyətində olduqlarını bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
Dünya 20:07
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Dünya 19:00
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Rusiya ordusu Xarkova zərbə endirib, ölən və yaralananlar var
Dünya 18:50
Rusiya ordusu Xarkova zərbə endirib, ölən və yaralananlar var
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Dünya 14:28
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol