• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Fikrət Yusifov: Biz həm də Olimpiya ölkəsi olduğumuzu sübut etdik!

Fikrət Yusifov: Biz həm də Olimpiya ölkəsi olduğumuzu sübut etdik!
23.08.2016 14:12
Növbəti Yay Olimpiaya Oyunları yekunlaşdı. Bu gün idmançılarımız vətənə qayıdır.
 
Bu oyunlarda komandamızın uğurları hər birimizi sevindirir. Kİmlərsə qızıl medalların azlığından bir qədər "gileyli” qalsalar da, bir böyük həqiqət var və ONU hər kəs olduğu kimi qəbul etməyə borcludur – Rio-de-Janeyroda əldə olunmuş nəticələr Azərbaycan idmanının böyük uğurudur! Qızıl medallara gəlincə isə o medalların sayını bir neçə dəfə artırmaq şanslarımız kifayət qədər böyük idi. Ancaq hər kəs başa düşməlidir ki, bu idmandır, qızıl medalı ani bir səhv və ya diqqətsizlikdən qaçıran idmançı onun uğrunda 4 il gecə-gündüz zəhmət çəkibsə, deməli o, həmən qızıl medalı almağı bizim hər birimizdən daha çox istəyərdi. Əsas olan bu deyil. Əsas olan budur ki, Azərbaycan idmanı bu uğura imza atmaqla artıq bir Olimpiya ölkəsinə çevrildiyini hər kəsə göstərə bildi. Buna qədər ölkəmizin keçdiyi Olimpiya yoluna bir nəzər salaq. 1996-cı ildə Atlantada keçirilən  Yay Olimpiya Oyunlarında Azərbaycan cəmisi 1 gümüş medala sahib ola bilmişdisə o, bu medalların sayını 2000-ci il Sidney Olimpiadasında 3-ə, 2004-cü il Afina Olimpiadasında 5-ə, 2008-ci il Pekin Olimpiadasında 7-yə, 2012-ci il London Olimpiadasında 10-a və 2016-cı il Rio-de-Janeyro Olimpiadasında 18-ə çatdırmaqla böyük bir uğura imza atmış oldu. Mətbuat səhifələrində müxtəlif formalarda müqaisələr aparılaraq Azərbaycan idmanının bu uğurlarına qiymət verilir. Bizim yanaşımımız bir qədər fərqlidir. İlk öncə hər kəs bilməlidir ki, Olimpiya uğurlarımızın kökündə ölkə Prezidenti İlham Əliyevin idmana verdiyi önəm dayanır. 2004-cü ilin Afina Olimpiadası ilə müqaisədə 2016-cı ilin Pio-de-Janeyro Olimpiadasında əldə olunan qələbələrin sayının 3,6 dəfə artması, bilavasitə bu önəmin məhsuludur. Baxın, son Olimpiadada standart sıralamada biz 39-cu yeri tutsaq da, ümumi medalların sayına görə 207 iştirakçı dövlət arasında Yeni-Zellandiya ilə 14 – 15 – ci yerləri  bölüşdürürük. Nəzərə alaq ki, ərazi baxımından biz dünyada 113-cü, əhalimizin sayına görə isə 91-ci yerdə dayanırıq. Başqa bir müqaisə. Oyunların nəticələrinə görə 121 medal almış ABŞ-da hər 2,7 milyon insana 1 medal, 70 medala sahib olmuş Çində 19,7 milyon adama 1 medal, Azərbaycanda isə 534 min adama bir medal düşür. Bu göstəricilərı tərəzinin gözünə qoymağı bacaran hər kəs Azərbaycanın son Olimpiya uğuruna real qiymət verə bilər. 

Rio Olimpiadasındakı bu uğurumuz sanki ordumuzun aprel döyülərindəki uğurlarının davamı idi. Azərbaycan əsgərinin cəbhədəki  mübarizliyini azərbaycan idmançısı  Rio-de-Janeyrodakı yarış meydanlarında eyni şəkildə davam etdirə bildi desək yanılmarıq. 

Bu gün Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar çox məntiqi şəkildə bir birini tamamlayır. Bu uğurların hər birinin kökündə isə güclü Azərbaycan iqtisadiyyatı dayanır. Məhz bu güclü iqtisadiyyat hazırda Azərbaycanı hər kəsin hesablaşdığı regionun ən qüdrətli dövlətinə çevirə bildi.
 
Özünü hər sahədə rəzil bir duruma salmış, qaya kölgəsində yatıb öz kölgəsində olduğunu zən edən biçarə ermənilər isə 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya oyunlarından başlamış, Rio-de-Janeyro Olimpiya oyunları da daxil iştirak etdikləri 6 Yay Olimpiya Oyunlarında cəmisi 16 medal – yəni bizim Rio Olimpiyadasında qazandığımızdan da 2 ədəd az medal qazana biliblər. Görəsən qaya kölgəsinin sərinliyində eyforiyyaya qapanmış mənfur qonşularımız bu göstəriciləri saf-çürük edib, tək idmanda deyil, bütün digər sahələrdə bizim belə kəskin üstünlüyümüzün nə demək olduğunun fərqində ola bilirlərmi? 

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək
Cəmiyyət 23:54
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək
Gəncədə evdən qadın meyiti tapılıb
Cəmiyyət 23:33
Gəncədə evdən qadın meyiti tapılıb
AZAL ilk dəfə Qahirədən Bakıya birbaşa uçuş həyata keçirib
Cəmiyyət 22:35
AZAL ilk dəfə Qahirədən Bakıya birbaşa uçuş həyata keçirib
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Cəmiyyət 21:00
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 20:53
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Cəmiyyət 18:43
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 18:07
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Cəmiyyət 17:40
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Cəmiyyət 17:11
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol