• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

ABŞ kürdlərə əmr etdi: Fərat çayını keçməyin!

ABŞ kürdlərə əmr etdi: Fərat çayını keçməyin!
25.08.2016 11:43
Türkiyə tərəfindən dəstəklənən Suriya qiyamçıları ABŞ-ın havadan dəstəyi ilə Carablus şəhərini İslam Dövləti adlandırılan qruplaşmadan alıblar.

Türkiyənin Suriya ərazisinə tanklar, təyyarələr və xüsusi təyinatlılarla həyata keçirdiyi müdaxilə avqustun 24-də səhərin erkən saatlarında başlanmışdı.

Türkiyənin dəstəklədiyi qiyamçılar bildiriblər ki, İD döyüşçüləri şəhəri tərk ediblər. Onlarca cihadçının qiyamçılara təslim olduğu da xəbər verilib.

Türkiyə bəyan edib ki, onun Suriya ərazisinə müdaxiləsindən məqsəd İslam Dövləti adlandırılan təşkilata və Suriya kürdlərinin YPG qüvvələrinə zərbə endirməkdir.

Ən maraqlı cəhət budur ki, YPG indiyədək İD-ə qarşı döyüşlərdə ABŞ-ın əsas müttəfiqi olub.

Belə bir vəziyyətdə ABŞ iki müttəfiqinin arasında hər hansı toqquşmanın baş verməməsi üçün maksimum səylərini göstərir.

Biden-in ultimatumu

Avqustun 24-də Türkiyədə səfərdə olan ABŞ vise-prezidenti Joe Biden kürdlərin Suriya Demokratik Qüvvələrinə Fərat çayından şərq tərəfə çəkilmələrini tələb edib.

O xəbərdarlıq edib ki, kürd qüvvələri bu göstərişə əməl etməsələr, bundan sonra ABŞ-dan heç bir yardım ala bilməyəcəklər.

Suriya Demokratik Qüvvələri İD-ə qarşı mübarizədə ABŞ-ın ən səmərəli müttəfiqidir və SDQ birləşmələrində çox sayda ABŞ təlimatçısı var.

"Biz bunu tamamilə aydın şəkildə bildirmişik ki, onlar çayın o biri tərəfinə qayıtmalıdırlar, - deyib Biden, - Onlar bunu etməsələr, heç bir şəraitdə ABŞ-dan heç bir dəstək almayacaqlar”.

Türkiyənin ən böyük narahatlığı kürdlərin Carablusu alacağı və Suriyanın şimalında iki kürd anklavının birləşəcəyindən idi.

Bu ərazilər birbaşa Türkiyənin kürdlər yaşayan regionu ilə bitişikdir və Ankara bu ərazidə kürd muxtariyyətinin yaradılmasına yol verməyəcəyini bidlirib.

Rusiya telekanalları kürd qüvvələrinin artıq Fərat çayının şərq sahilinə doğru çəkildiklərini xəbər verir.

Amerikanın türk-kürd dilemması

ABŞ-ın İŞİD-ə qarşı mübarizədə Suriya kürdləri ilə müttəfiqlik etməsi Vaşinqton və Ankara arasında indiyədək davam edən gərginliyin mənbəyi sayılır.

Türkiyə iddia edir ki, Suriya kürdləri Türkiyə ilə Suriya arasındakı sərhədi tamamilə nəzarətə götürməyə çalışırlar.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bəyan etmişdi ki, kürd qüvvələri Fəratın şərq sahilinə çəkilməsələr, "Ankara ondan tələb olunan işi görəcək”.

Belə görünür ki, ABŞ hələlik iki müttəfiqi arasında birbaşa toqquşmanın qarşısını ala bilib.

Lakin bu məsələ radikal həllini tapmayıb və Türkiyə israrla ABŞ-ın kürdləri dəstəkləməsinə son qoymaq istəyir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bunu gizlətməyib və Joe Biden-lə görüşdən dərhal sonra bəyan edib: "İstər İŞİD olsun, istər YPG, hər ikisi terrorçu təşkilatdır”.

"Bir terrorçu təşkilatın başqa terrorçu təşkilata qarşı döyüşməsi onu günahsız etmir” – deyib Erdoğan.

Bundan əvvəl baş nazir Binali Yıldırımla birlikdə mətbuat konfransı keçirən vise-prezident Biden deyib: "Heç bir kürd dəhlizi olmayacaq. Türkiyə sərhədində heç bir ayrıca vahid olmayacaq. Yalnız bütöv Suriya”.

Türkiyə "Suriya bataqlığında”

Türkiyənin müdaxiləsinə Suriya kürdləri də reaksiya veriblər.

Kürd PYD təşkilatının rəhbəri Saleh Muslim bildirib ki, "Türkiyə Suriya bataqlığına girib və İslam Dövləti kimi o da məğlub olacaq”.

Başqa bir kürd birləşməsi – YPG-nin sözçüsü Redur Xelil Türkiyənin Suriyaya müdaxiləsini "Suriyanın daxili işlərinə kobud şəkildə müdaxilə” adlandırıb.

Suriya kürd rəhbərləri bildirirlər ki, Türkiyə Suriyada bir terrorçu qrupu başqası ilə əvəz etməyə çalışır.

Bir qədər əvvəl Moskva Türkiyənin müdaxiləsi ilə bağlı narahatlığını ifadə etmişdi.

Suriya prezidenti Bashar al-Assad isə müdaxiləni pisləmiş və buna BMT Təhlıükəszlik Şurasının reaksiya verməsini istəmişdi.

Bununla belə, Britaniya qəzetlərinin təhlilçiləri yazırlar ki, Moskvanın baş verənlərə reaksiyası zəif olub, digər tərəfdən kürdlərin təklənməsi Dəməşqə də sərfəlidir.

Qərb analitiklərinin fikrincə, qarşıdan gələn günlərdə bu mürəkkləb maraqlar düyünü ən gözlənilməz şəkildə açıla bilər. (Azadliq.org)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
Dünya 20:07
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Dünya 19:00
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Rusiya ordusu Xarkova zərbə endirib, ölən və yaralananlar var
Dünya 18:50
Rusiya ordusu Xarkova zərbə endirib, ölən və yaralananlar var
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Dünya 14:28
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol