• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

“Huffington Post”: Ermənistan hələ də müstəmləkədir

“Huffington Post”: Ermənistan hələ də müstəmləkədir
26.08.2016 14:55
"Ermənistan keçmiş sovet respublikaları arasında ən yoxsul dövlətdir”.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə erməni fəal Armine Saakyanın ABŞ-ın "Huffington Post” qəzetində dərc olunmuş məqaləsində deyilir.

Yazıda bildirilir ki, Ermənistanda korrupsiya gündən-günə atır, kasıbla varlı arasında ciddi fərq var: 

"Erməniləri ətrafda nəyin baş verdiyi maraqlandırmır. Onlar yalnız sağ qalmaq barədə düşünürlər. 2013-cü ildə ölkədə qəbul edilən təqaüd islahatları təqaüdçülərə köpmək etməyib. Əksinə, işləyən insanların məvacibini pensiya sisteminə daha çox yönəltməklə, onların gəlirlərini azaldıb. 

Tələbələr nüfuzlu universitetlərə yalnız rüşvət verərək girirlər. Onlar bu yolla dərslərdə də iştirak etməyə bilirlər.

Pul səhiyyə sahəsində də "danışır”. Əgər sənin əməliyyata və ya ciddi müalicəyə ehtiyacın varsa, yenə rüşvət vermək üçün pulun olmalıdır. Əks halda, sən uzun müddət yaşaya bilməzsən”.

Məqalədə Ermənistanda yaranmış durum ölkənin Rusiyadan asılı olması ilə əlaqələndirilir: 

"Ermənistanın müstəqillikdən bəri düzəlməməsinin ən böyük səbəbi onun sözdə müstəqil olmasıdır. Reallıqda ölkə hələ də Rusiyanın müstəmləkəsidir. Rusiya Ermənistanın aldığı təbii qazın əksəriyyətini verir. O, həmçinin ölkə böyü qaz boru xətlərinin sahibidir. 

Bununla yanaşı, Rusiya şirkətləri Ermənistandakı ən böyük elektrik müəssisələrinin sahibidirlər. Ermənistanın Avropa İttifaqı ilə 2013-cü ilin payızında assosiativ saziş imzalayaraq Rusiyadan iqtisadi asılılığını azaltmaq şansı var idi.

Dünya haqqında bir balaca məlumatı olan ermənilər ölkələrinin Aİ-yə qoşulmasını istəyirlər. Çünki Aİ Sovet İttifaqına nisbətən daha perspektivlidir. O zaman niyə ən yaxşıya doğru getməyək? 

Assosiativ saziş imzalanmalı olan ərəfədə Rusiya prezidenti Serj Sarkisyanı Kremlə çağırdı. Putin, Sarkisyan və hər iki hökumət daxilində bir neçə nəfər çıxmaq şərtilə, heç kəs danışıqların nədən ibarət olduğunu bilmədi.

Daha sonra Ermənistan Rusiya tərəfindən yaradılmış Avrasiya İqtisadi İttifaqına qoşulacağını açıqladı. Rusiya Ermənistanın iqtisadiyyatını əlində saxlamaqla yanaşı, bu ölkədə qoşun saxlayır ki, vassalı qoyulan xətti keçməsin”. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
Dünya 20:07
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Dünya 19:00
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Rusiya ordusu Xarkova zərbə endirib, ölən və yaralananlar var
Dünya 18:50
Rusiya ordusu Xarkova zərbə endirib, ölən və yaralananlar var
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Dünya 14:28
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol