Sabiq prezidentə qarşı korrupsiya ittihamı
Braziliya polisi ölkənin keçmiş prezidenti Luis İnasiu Lula da Silvaya qarşı korrupsiya ittihamı irəli sürüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ittiham "Petrobras" dövlət neft şirkəti ətrafında davam edən qalmaqalla bağlıdır.
Məlumata görə, "Petrobras”-la əlaqəli olan "OAS” inşaat şirkəti sabiq prezidentin ailəsi üçün okeanın sahilində villa tikib.
Qeyd edək ki, Braziliyanın ən iri neft şirkətində korrupsiya ilə bağlı araşdırma 2013-ci ildən etibarən davam edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox