• $ 1.7
  • € 1.9274
  • ₽ 0.020529
  • ₺ 0.0441
  • £ 2.2603

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır
01.09.2016 13:53
2016/2017-ci tədris ili üçün Azərbaycanın tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə bu gün saat 10:00-dan sentyabrın 4-ü saat 23:59-dək ixtisas seçimi aparılacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından "Report”a verilən məlumata görə, müsabiqə bu ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə bu ilin iyulun 5-də keçirilən eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.

İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2016-cı ildə ərizə təqdim etmiş və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Qeyd edək ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib onları  eservices.tqdk.gov.az/erizebak/ixtisas3 internet ünvanın­da yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ərizəsini təsdiqləmək üçün abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya bütün mobil operatorlardan 7725 nöm­rəsinə boş SMS göndər­mək­lə əldə etmək olar.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını isə yalnız qabiliyyət imtahanlarından "məqbul” alan və test imtahanında topladıqları ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan abituriyentlər seçə bilərlər.

Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir.

Kolleclərin boş qalan plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunacaq. Jurnalın TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent” köşklərində satışı təşkil olunacaq:

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m;
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
Bank kartı ilə ödəniş etməklə də jurnalın elektron versiyasını (pdf formatında) əldə etmək mümkün olacaq. Bunun üçün istifadəçi abiturient.az saytında "TQDK-nın nəşrlərinin elektron satışı" düyməsindən istifadə edərək online rejimdə jurnalın almaq istədiyi buraxılışını seçib, bank kartı vasitəsilə ödəniş edir, sonra isə həmin buraxılışın elektron versiyasını kompüterinə yükləyərək ondan istifadə edir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazidə elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:28
Bu ərazidə elektrik enerjisinin verilişində fasilə yaranacaq
Sabah bu rayonda qaz olmayacaq
Cəmiyyət 20:58
Sabah bu rayonda qaz olmayacaq
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
Cəmiyyət 20:04
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirilib
Cəmiyyət 19:20
MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirilib
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
Cəmiyyət 18:30
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
Bakıda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:27
Bakıda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
Cəmiyyət 16:40
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
Azərbaycanda astma xəstələrinin sayı açıqlanıb
Cəmiyyət 15:50
Azərbaycanda astma xəstələrinin sayı açıqlanıb
Türkmənistandan idxal edilən pomidora qadağa qoyulub
Cəmiyyət 15:25
Türkmənistandan idxal edilən pomidora qadağa qoyulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol