• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

MTRŞ-nın nümayəndəsi: “ANS FETÖ rəhbərinə dəstək verib”

MTRŞ-nın nümayəndəsi: “ANS FETÖ rəhbərinə dəstək verib”
02.09.2016 17:46
Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilkən prosesdə ANS MTRŞ-nın lisnziyanın ləğv olunması ilə bağlı qərarının ləğv edilməsini istəyib.
Prosesdə "ANS Şirkətlər Qrupu"nun vitse-prezidenti Mirşahin Ağayev çıxış edib.

O bildirib ki, MTRŞ-nın ittihamında ANS Fətullah Güləndən müsahibə aldığı göstərilib. M.Ağayev bunun düzgün olmadığını deyib: "Bizim müxbir ABŞ-da Fətullah Gülənin mətbuat konfransında iştirak edib. Həmin zaman orada digər jurnalist də olub. Lakin biz həmin müsahibəni efirdə verməmişik".

Daha sonra M.Ağayev Türkiyədə baş verən dövlət çevrilişinə cəhdlə bağlı ANS TV-nin efirində gedən hadisələri sadalayıb: "Məhkəmədən xahiş edirik ki, ədalətli qərar çıxardasız. Biz bu dövlətə inanırıq, yazılan və yazılmayan qanunların heç birini pozmamışıq".

ANS-in nümayəndəsi Raquf Mustafayev də çıxış edib. O, çıxışında vəsatət verib.
MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov da çıxış edib. O qeyd edib ki, ANS Türkiyədə baş verən hadisə ilə bağlı FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənə dəstək verib: "MTRŞ da bunun üçün ANS-in lisenziyasını bir aylıq dayandırıb".

Proses davam edir.

Qeyd edək ki, MTRŞ-nin iyul ayının 18-də keçirdiyi iclasında Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayınm və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir ) ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, ANS MTRŞ-nın televiziyanın yayımının bir ay müddətində dayandırılması barədə qərarın ləğv edilməsini istəyir. ANS həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Hakim Elşanə Vəliyevanın sədrlik etdiyi prosesdə iş baxılmamış saxlanılıb. Belə ki, hakim bu iş üzrə iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalı olduğunu bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək
Cəmiyyət 23:54
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək
Gəncədə evdən qadın meyiti tapılıb
Cəmiyyət 23:33
Gəncədə evdən qadın meyiti tapılıb
AZAL ilk dəfə Qahirədən Bakıya birbaşa uçuş həyata keçirib
Cəmiyyət 22:35
AZAL ilk dəfə Qahirədən Bakıya birbaşa uçuş həyata keçirib
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Cəmiyyət 21:00
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 20:53
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Cəmiyyət 18:43
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 18:07
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Cəmiyyət 17:40
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Cəmiyyət 17:11
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol