Prezidentdən yeni – TƏYİNATLAR
Azər Xudayar oğlu Xuduyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
ANN.Az xəbər verir ki, bu barədə müvafiq sərəncamı Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev daha bir sərəncamla Əliyənnağı Mehti oğlu Hüseynovu İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox