• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Ruhani: “Tehran neftin qiymətinin sabitləşməsinə yönəlmiş istənilən addımı dəstəkləyir”

Ruhani: “Tehran neftin qiymətinin sabitləşməsinə yönəlmiş istənilən addımı dəstəkləyir”
06.09.2016 22:23
 "Tehran neftin qiymətinin sabitləşməsinə yönəlmiş və hasilat kvotalarının ədalətli bölüşdürülməsinə əsaslanmış istənilən addımı dəstəkləyir.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu  İran prezidenti Həsən Ruhani OPEK-in baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi görüşdə bildirib.  
 
Barkindo, öz növbəsində, İranın OPEK-dəki rolunu yüksək qiymətləndirib və OPEK-ə üzv olan ölkələrin əməkdaşlıq etməsinin vacibliyini qeyd edib. Tərəflər həmçinin neft hasilatının "dondurulması” məsələsini müzakirə ediblər.  
 
Qeyd edək ki, sentyabrın 26-dan 28-dək  Əlcəzairdə XV beynəlxalq enerji forumunun keçirilməsi nəzərdə tutulub. Forum çərçivəsində neft hasilatının "dondurulması”na dair danışıqlarının bərpa olunacağı gözlənilir. Xatırladaq ki, bu ilin yazında analoji danışıqlar OPEK daxilindəki fikir ayrılığı səbəbindən uğursuz olub.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol