• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Muxtar Maniyev xəstəxanadan evə buraxılıb

Muxtar Maniyev xəstəxanadan evə buraxılıb
12.09.2016 17:28
Xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb.
 
Bu barədə APA-ya M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. Onun sözlərinə görə, aktyor Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsindən çıxarılıb, müalicəsi ev şəraitində davam edəcək:
 
"İstədik Qurban bayramını evdə keçirsin, xəstəxanada qalmasın. Özü də çox darıxırdı. Şükür Allaha, vəziyyəti əvvəlki kimi pis deyil, normallaşıb. Düzdür, həkimlər məsləhət gördü ki, bir-iki gün palata şəraitində müalicə alsın, özümüz razı olmadıq. Qorxulu heç nə yoxdur, xəstəxanada olan dava-dərmanı həkim çağırıb evdə edəcəyik”.
 
 Qeyd edək ki, M. Maniyevin səhhəti sentyabrın 2-də pisləşib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.
 
M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Oskar” mükafatına namizədlərin adı açıqlandı
Mədəniyyət 10:20
“Oskar” mükafatına namizədlərin adı açıqlandı
Nağılvari Vyana meşələri - FOTO+VİDEO
Mədəniyyət 09:18
Nağılvari Vyana meşələri - FOTO+VİDEO
Xalq artisti Muxtar Maniyevin ikinci ayağı amputasiya olundu
Mədəniyyət 07:01
Xalq artisti Muxtar Maniyevin ikinci ayağı amputasiya olundu
Qızıl əlli usta - Rövşən Ənsari - FOTOREPORTAJ
Mədəniyyət 06:01
Qızıl əlli usta - Rövşən Ənsari - FOTOREPORTAJ
Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ
Mədəniyyət 05:44
Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ
“Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı
Mədəniyyət 05:09
“Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı
Xalça muzeyində “Zərgərlik inciləri” bölməsi açıldı - FOTOLAR
Mədəniyyət 03:17
Xalça muzeyində “Zərgərlik inciləri” bölməsi açıldı - FOTOLAR
Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi
Mədəniyyət 01:43
Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Mədəniyyət 22:54
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol