• $
  • £

Bakıda Avropa kubokları tarixinin ən sürətli qolu vurulub - VİDEO

Bakıda Avropa kubokları tarixinin ən sürətli qolu vurulub - VİDEO
15.09.2016 20:16
Futbol üzrə Avropa kuboklarında ən erkən qol rekordu yenilənib. 

"Report”un məlumatına görə, bu, Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena”da "Qarabağ”la Çexiya "Slovan”ı arasında keçirilən ilk tur matçında qeydə alınıb.

9-cu saniyədə hesabı açan Yan Sikora qitəmiqyaslı turnirlərin tarixinə düşüb. O, təkcə Avroliqada deyil, avrokuboklarda ən sürətli qol müəllifinə çevirilib.

Bunadək Avropa Liqasında ən sürətli qol 2015-ci il martın 12-də İspaniyanın "Sevilya” və "Vilyarreal” klubları arasında keçirilmiş 1/8 final mərhələsinin ilk görüşündə vurulub. Həmin qolun müəllifi ispaniyalı yarımmüdafiəçi Peres Viktor (Vitolo) olub.

Avropa kuboklarında isə rekordun müəllifi Almaniya "Bavariya”sının sabiq hücumçusu Roy Makaya məxsus olub. O, 2007-ci il martın 7-də İspaniya "Real Madrid”i ilə Çempionlar Liqasının 1/8 final matçının 10-cu saniyəsində fərqlənib. 
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
Pirlo:
İdman 09:38
Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
İdman 08:25
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
İdman 05:21
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
İdman 04:41
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
İdman 02:54
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
İdman 02:50
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 02:22
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 01:34
"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol