• $
  • £

Qurban Qurbanov: Hakimin qüsurları çox idi

Qurban Qurbanov: Hakimin qüsurları çox idi
15.09.2016 22:56
"İlk oyun ağır olur. Hər bir komanda yaxşı start götürmək istəyir. Futbolçulardan razı qaldım. Çox yaxşı başlanğıc oldu”.

ANN.Az "Report”-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya klubu ilə qarşılaşmadan sonrakı mətbuat konfransında deyib.

Daha sonra 44 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

"Bu cür turnirlərdə son saniyələrə kimi oynamaq çox vacibdi. Ola bilər ki, son tura kimi 2 komanda müəyyənləşməsin. Bizim üçün böyük təcrübə oldu. Bir neçə qol imkanlarımız oldu. Hesabda önə keçməli olduğumuz halda, ikinci qolu buraxdıq. 

Bu, futbolçularımıza pis təsir etdi. Allaha şükürlər olsun ki, sonluq yaxşı oldu. Avroliqada hər xal çox önəmlidi. Azarkeşlərə də minnətdaram, sona qədər bizimlə oldular. Bu cür turnirdə zəif oyun, asan komanda yoxdu. Futbolçular belə görüşlərdə daha da bərkiyirlər, Qarşıdakı oyunlara hazırlaşacağıq. Çəkinmirik, qorxmuruq.

Hakimin qüsurları çox idi. Azərbaycan futbolunun problemləri, qüsurları var. Bu cür matçların ilboyu keçirilməsi bizə mane olur. Buna baxmayaraq, Avrokubokda məğlub olduğumuz görüşlərdə də sona qədər mübarizə aparırıq. Bizim hələ pik vaxtımız deyil. Bacarığımıza görə, daha da artıra bilərik. Hər futbolçu 10 faiz də artırsa, daha yaxşı komanda görəcəksiz. Qol epizodlarına baxsanız, bu gün biz qalib gəlməli idik”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
Pirlo:
İdman 09:38
Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
İdman 08:25
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
İdman 05:21
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
İdman 04:41
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
İdman 02:54
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
İdman 02:50
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 02:22
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 01:34
"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol