• $
  • £

“Qəbələ” məğlub oldu

“Qəbələ” məğlub oldu
15.09.2016 23:11
Avropa Liqasında qrup mərhələsinə start verilib.
 
Apasport.az saytının məlumatına görə, təmsilçimiz "Qəbələ” də mötəbər turnirdə ilk matçına çıxıb.
 
Romaq Qriqorçukun yetirmələri ilk matçını səfərdə keçirib. "Qırmızı-qaralar” "Anderlext”ə qonaq olublar. Ardıcıl 2-ci dəfə qrupda mübarizə aparan "qırmızı-qaralar” səfərə xal iddiası ilə yollansalar da, buna nail ola bilməyiblər.
 
Hesab 14-cü dəqiqədə açılıb. Teodorşuk fərqlənib. Qoldan sonra irəli atılan komandamız hesabı bərabərləşdirmək üçün ilk cəhdindəcə buna nail olub. Baqali Dabo 20-ci dəqiqədə status-kvonu bərpa edib.
 
Ancaq ilk hissənin sonuna 4 dəqiqə qalmış rəqib yenidən önə keçib. Rafael Santos avtoqol müəllifi olub. İlk hissə bu hesabla başa çatıb.
 
İkinci hissədə daha bir dəfə fərqlənən ev sahibləri 3:1 hesablı qələbəyə seviniblər.
 
Avropa Liqası
Qrup mərhələsi. I tur
15 sentyabr
 
"Anderlext” – "Qəbələ” - 3:1
Qollar: Teodorşuk, 14, Rafael Santos (öz qapısına), 41, Kapel, 77 - Dabo, 20
 
Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger
Əlavə köməkçi hakimlər: Markus Hameter, Aleksander Harkam
Hakim-İnspektor: Lusiano Luçi (İtaliya)
UEFA nümayəndəsi:  Emil Ubias (Çexiya)
"Konstant Vanden Stok" stadionu

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
Pirlo:
İdman 09:38
Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
İdman 08:25
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
İdman 05:21
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
İdman 04:41
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
İdman 02:54
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
İdman 02:50
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 02:22
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 01:34
"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol