Gənclər üçün “Ədəbiyyat Marafonu” keçiriləcək
Gənclər arasında bədii və elmi ədəbiyyata olan marağı artırmaq məqsədilə "Ədəbiyyat Marafonu” adlı layihə keçiriləcək.
Modern.az xəbər verir ki, həyata keçirilən layihə Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyiylə 22 sentyabr Bakı şəhərində baş tutacaq.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata olan marağı artırmaq, gənclərdə mütaliyyə bacarığını və oxumaq hissini inkişaf etdirməkdir.
"Ədəbiyyat Marafonu” layihəsi çərçivəsində 30 yeniyetmə və gənclərə Ədəbiyyat gecəsi təşkil olunacaq. Təşkil olunacaq gecədə Azərbaycanın tanınmış yazıçıları və yazarları ilə gənclərin görüşü təmin edələcəkdir. Gənclərin yeni biliklər əldə etmələri üçün iştirakçılar və yazıçılar arasında diskussiya yaradılacaq. Daha sonra 30 gənc arasında "Ədəbiyyat Marafonu” adı altında intellektual müsabiqə keçiriləcəkdir.
Müsabiqənin sonunda iştirakçılar sertifikatlarla təltif ediləcəklər və qaliblərə hədiyyə təqdim olunacaq. Layihənin son günü iştirakçılar tərəfindən "Hər gəncə bir kitab” adlı fleşmob keçiriləcəkdir. Fleşmob zamanı komanda gənclərə ədəbiyyat haqqında müxtəlif suallar verərək, kitabla mükafatlandıracaqlar.
www.ann.az
Son xəbərlər
Daha çox