"Emmi` mükafatını" onlar qazandı
"Emmi" mükafatının 68-ci təqdimetmə mərasimi baş tutub.
Los-Ancelesdə keçirilən mərasimdə bu ilin ən yaxşı komediya serialı adını 4 ildir ekrana çıxan "Vitse-prezident” filmi alıb. Serialda baş rolda çıxış edən Culiya Lui-Dreyfus "Ən yaxşı komediya aktrisası” mükafatına layiq görülüb.
Bundan başqa Fentezi janrında çəkilmiş "Taxt oyunları” serialı Amerika Televiziya Akademiyasının təqdim etdiyi əsas "Emmi” mükafatına layiq görülüb.
Qeyd edək ki, 1949-cu ildə televiziya üçün təsis edilən "Emmi” mükafatı kinematoqrafiya sahəsində təqdim olunan "Oskar” mükafatı qədər əhəmiyyətli sayılır. (AzVision.az)
www.ann.az
Son xəbərlər
Daha çox