• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Musiqili Teatr oktyabr ayında maraqlı repertuarla çıxış edəcək

Musiqili Teatr oktyabr ayında maraqlı repertuarla çıxış edəcək
22.09.2016 18:47
Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün oktyabr ayı üçün repertuar planını açıqlayıb.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. Ay ərzində tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - "O olmasın, bu olsun” (Ü. Hacıbəyli), "Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), "Toya bir gün qalmış” (Ə. Səmədli),"Qızıl toy” (O. Kazimi, R. Heydər), "999-cu gecə” (F. Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında), "Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), "Kimdir müqəssir?” (Ə. Haqverdiyev), "Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), "Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) və başqa tamaşalar nümayiş olunacaq. Habelə rusdilli və balaca tamaşaçılar "Qafqazlı qardaşqızı” (R. Hacıyev), "Fransız sayağı qarnir” (M. Kamoletti), "Düyməcik” (H.K. Anderson), "Qızıl cücə” (V. Ulanovski, V. Orlov), "Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), "Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyandski), "Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), "Yatmış gözəl və cırtdanlar” (Ş. Pero) və başqa səhnə əsərlərini izləyə biləcəklər. 

1 oktyabrda Dövlət Musiqili Teatrında 107-ci mövsümün ilk premyerası keçiriləcək. Həmin gün kiçik yaşlı tamaşaçılara Əli Səmədlinin "Meşə çaqqalsız olmaz” nağıl-tamaşası təqdim olunacaq. 

Ay boyu nümayiş olunacaq səhnə əsərlərində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustası, Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artistləri Fatma Mahmudova və Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə Orucova, Cingiz Əhmədov, Emma Məlikova, Boris Qrafkin, Əzizağa Əzizov, Svetlana Bulax, Almaz Ələsgərli, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Marina Litvinenko, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Elçin İmanov, Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev,  Aydan Həsənova, Nicat Əli, Firuz Məmmədov, Yuliya Heydərova, Rauf Babayev, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Fərid Rzayev, Gültac və Hüseyn Əlililər, Əmrah Dadaşov, Şaban Cəfərov, Elnarə Nağdəliyeva, Nigar Qarayeva, Nahid İsgəndərzadə, teatrın 10 yaşlı aktyoru Rahib Məmmədzadə və başqalarının ifalarını izləyə biləcəklər. 

Azərbaycan Dövlət Musiqili Teatrı vaxtını səmərəli və xoş keçirmək istəyən hər kəsi təqdim etdiyi maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol