• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Musiqili Teatrda “999-cu gecə” tamaşası nümayiş olunacaq

Musiqili Teatrda “999-cu gecə” tamaşası nümayiş olunacaq
23.09.2016 12:39
Azərbaycan Dövlət Musiqili Teatrında ötən mövsümün uğurlu tamaşalarından biri olan "999-cu gecə” iki hissəli musiqili tamaşası nümayiş olunacaq.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, səhnə əsərinin növbəti nümayişi həftəsonu – 25 sentyabr tarixində saat 19.00-da baş tutacaq. Azərbaycanın dünya şöhrətli bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur "Min bir gecə” baletinin musiqiləri, ölməz mahnıları və  "Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə” böyüklər üçün nağıl-tamaşadır. Tamaşanın süjet xəttinin əsasını çəkməçi Maruf la ifritə arvadı arasındakı təzadlı, ziddiyyətli münasibətlər təşkil edir. Bu nağıl  "Min bir gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı "999-cu gecə” adlandırıb. Gözlənilməz situasiyalarla zəngin olan səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub. Belə ki, dekorasiya 2 mərtəbəlidir və hər bir mərtəbə də simvolik mənaya malikdir. Süjet xəttinin əsasını xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizə təşkil edir. 

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlər, konsertmestri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir. Rolları Məhərrəm Qurbanov, Nicat Əli, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər.

Qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol