• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Kamran Ağayev: "İndiyədək belə halla üzləşməmişdim"

Kamran Ağayev:
24.09.2016 17:38
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev "Boavişta" klubunun heyətində "Portu"ya qarşı futbol üzrə Portuqaliya çempionatı matçındakı debütünü şərh edib.

30 yaşlı qolkiper "Report"a açıqlamasında öz çıxışından narazılıq ifadə edib.

O, istədiyi kimi oynaya bilmədiyini söyləyib. Ağayev "Portu"nun 86-cı dəqiqədə vurduğu 3-cü qol epizodundakı kobud səhvindən də danışıb: "Topa çıxarkən, əlimi boş saxladım. Nəticədə top əlimdən sıçrayaraq, tora daxil oldu. Çox məyus idim. Açığı, indiyədək belə halla üzləşməmişdim. Amma səhvdən heç kim sığortalanmayıb. Oyundan sonra heç kim bir söz demədi. Hamı mənə təsəlli verdi".

Təcrübəli qapıçının fikrincə, belə kobud səhvlər gələcəkdə baş verməyəcək: "Düzdür, belə hallara futbolda rast gəlmək olur. Qarşıda nələrin olacağını da bilmək olmur. Amma inanıram ki, gələn oyunlarda özümü daha yaxşı tərəfdən göstərəcək, əvəlki kimi çıxış edəcəyəm".

Qeyd edək ki, "Boavişta" "Portu" ilə görüşdə 1:3 hesabı ilə məğlub olub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
Pirlo:
İdman 09:38
Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
İdman 08:25
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
İdman 05:21
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
İdman 04:41
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
İdman 02:54
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
İdman 02:50
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 02:22
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 01:34
"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol