• $
  • £

“Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanlara başlanılır

“Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanlara başlanılır
29.05.2020 00:59
Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanların test mərhələsinə başlanılır.

İmtahan iki qrup olmaqla oktyabrın 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək. Layihədə iştirak etmək üçün 810 nəfər qeydiyyatdan keçib.

Bir saat yarım davam edəcək imtahanda namizədlərə ümumi və psixoloji olmaqla 50 sual təqdim ediləcək. Namizədlərin əsasən, Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılacaq.

Seçilən namizədlər müsahibə mərhələsinə buraxılacaq. Seçimlərdə ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunacaqlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilmiş namizədlər "Məktəblinin dostu” təyin ediləcəklər.

"Məktəblinin dostu”nun əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. Bununla yanaşı, "Məktəblinin dostu” seçilən şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər.

Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Cəmiyyət 21:43
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:00
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Cəmiyyət 20:30
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Tiktoker "Qarabəy" həbs edildi
Cəmiyyət 20:26
Tiktoker "Qarabəy" həbs edildi
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:48
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Cəmiyyət 18:47
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:18
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib
Cəmiyyət 18:11
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Cəmiyyət 17:57
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol