• $
  • £

Səfir: “Azərbaycanın azad sənaye zonaları investorların diqqətini cəlb edir”

Səfir: “Azərbaycanın azad sənaye zonaları investorların diqqətini cəlb edir”
29.05.2020 00:47
İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutilo Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib. 

Görüş zamanı Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif məsələlər, informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanları, həmçinin İtaliya şirkətlərinin dekabrın 7-də Bakıda keçiriləcək Beynəlxalq Caspian Energy Forum-da iştirakı müzakirə olunub. 

Dövlətlərimizin ikitərəfli əlaqələrindən bəhs edən səfir 3 ildən artıq müddət ərzində İtaliya ilə  Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını deyib. 

"Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014 və 2015-ci illərdə iki dəfə İtaliyaya səfər edib. Səfər zamanı o, bizim dövlət başçımız və baş nazirimizlə görüşüb. Bu, iki ölkə arasındakı siyasi və ikitərəfli dialoqun yüksək səviyyədə olduğunu nümayiş etdirir. Biz də öz növbəmizdə bunu əməkdaşlıqda mühüm məqam hesab olunan strateji tərəfdaşlıq adlandırırıq. Digər tərəfdən, İtaliyadan olan çoxsaylı nümayəndə heyəti, o cümlədən biznesi təmsil edən şəxslər, eləcə də bizim nazirlərimizin də yer aldığı hökumət nümayəndə heyətləri Azərbaycana səfər ediblər”, - deyə səfir vurğulayıb. 

Campaolo Kutilo qeyd edib ki, Azərbaycanla İtaliya arasında bütün sahələr üzrə ikitərəfli əlaqələr həm kəmiyyət, həm də keyfiyyətcə inkişaf edib.
 
"Bütün bunlar enerjidaşıyıcısı tədarükçüsü kimi İtaliya üçün kəsb etdiyi əhəmiyyət baxımından energetika sahəsinə də təsir göstərən müsbət məqamdır”, - deyə Campaolo Kutilo bildirib. 

 "Müsbət dinamika yalnız energetika sahəsi ilə məhdudlaşmır. Belə ki, ölkələr arasında mədəniyyyət, ticarət, ixrac-idxal əməliyyatları kimi sahələr üzrə də kifayət qədər yaxşı əməkdaşlıq əlaqələri yaranıb. Azərbaycanla birgə görüləsi hələ çox işlərimiz var”, - deyə səfir çıxışına davam edib. 

O, həmçinin Azərbaycanda yaradılmış azad sənaye zonalarının avropalı investorların diqqətini cəlb etdiyini qeyd edib. "Onlar investorlar üçün cəlbedicidir. Hansı rakursdan baxırsınızsa-baxın, Azərbaycan tranzit və aparıcı mərkəzi məntəqədir. Ona görə də Azərbaycanın bu üstünlükdən necə istifadə etdiyini görmək olduqca vacibdir. Mən bunun hökumət üçün prioritet olduğunu bilirəm. Bizim şirkətlərimiz bu işə öz töhfələrini verməkdə maraqlıdırlar. Bu, öz növbəsində onların Azərbaycana gəlmək və lazımi əlaqələri nizamlamaq qabiliyyətlərindən asılı olacaq. Amma biz hökumət olaraq, sözsüz ki, bu prosesə və İtaliya şirkətlərinin Sumqayıt kimi sənaye zonalarına cəlb edilməsinə yardım etməyə hazırıq. Bizim həmçinin neft-kimya sektoruna da marağımız var.  Bir sıra nəhəng İtaliya şirkətləri mühüm neft-kimya layihələri çərçivəsində Azərbaycanda fəaliyyət göstərirlər”, - deyə Campaolo Kutilo vurğulayıb. 

Dövlətlər arasında ticarət dövriyyəsindən danışarkən səfir son beş il (2011-ci ildən 2015-ci ilədək) ərzində İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin intensiv artımının qeydə alındığını qeyd edib. 

"2016-cı il Azərbaycanda devalvasiya və iqtisadi böhran baxımından xüsusi il olub. Azərbaycanda idxalın həcmi azalıb və bu, valyutanın devalvasiyasının getdiyi istənilən ölkə üçün normal haldır. Beləcə, cari ilin birinci yarısında ticarət dövriyyəsinin kəskin azalması müşahidə olunub – 2015-ci illə müqayisədə təqribən 50 %. Lakin bizim bunun gələcəkdə tədricən bərpa olunacağına güman etmək üçün əsasımız var. İlk növbədə ilin sonuna mən yaxşılaşma proqnozlaşdırıram. Rəqəmlərdən danışmaq hələ tezdir. Lakin biz gələn ilki ikitərəfli ticarət əlaqələrinə nikbin yanaşırıq. Belə ki, Azərbaycan hal-hazırda bir sıra islahatlar və tədbirlər həyata keçirir ki, bu da iqtisadiyyatın inkişafına təkan verə bilər. 2017-ci ilin nəticələri 2016-cı illə müqayisədə daha yaxşı olacaq”, - deyə səfir söyləyib.

Görüşün sonunda səfir "Caspian Energy” jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli əlaqələrin inkişaf imkanlarına, iqtisadi və investisiya əməkdaşlığının genişlənməsinə toxunub, enerji bazarının inkişaf perspektivlərindən, turizm sektorunun inkişafı və enerji əməkdaşlığı məsələlərindən bəhs edib.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol