• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Azərbaycanlı yazıçının kitabı Nyu-Yorkda təqdim edildi

Azərbaycanlı yazıçının kitabı Nyu-Yorkda təqdim edildi
29.09.2016 13:33
Dünya ədəbiyyatının haqlı olaraq ən böyük hadisələrindən hesab edilən Yazıçıların 2016-cı il Beynəlxalq Nyu-York Konfransı öz işini başa çatdırdı.

Müasir dünya ədəbiyyatında nəsrin yerini və perspektivlərini müzakirə edən, eləcə də yazıçıyla ədəbi agent və redaktor arasında körpü yaratmağa xidmət göstərən, rəsmən Writer`s Digest Annual Conference adlanan bu konfrans Nyu-Yorkun Hilton Midtown otelinin konfrans zalını bir neçə gün ərzində əsl ədəbiyyat aurasına bürüdü.

Burada Matyu Kuin Martin, Fil Seqston, Emili Libert, Qabriela Pereyra, Libbi Kadmor kimi tanınmış ədəbiyyat mütəxəssisləri tərəfindən "Tarixi roman üçün tədqiqat", "Dinamik xarakterlərin yaradılması", "Uğurlu müəllif olmağın sirləri", "Dram janrı müasir dönəmdə", "Horror və detektiv ədəbiyyat bu gün", kimi olduqca maraqlı seminarlar keçirildi, "Müəlliflər üçün marketinq strategiyası" adlı çox faydalı təlim baş tutdu.

Şübhəsiz, konfrans çərçivəsində ən diqqətçəkən məqam pitçinq - uğur qazanacağı ehtimal edilən nəsr əsərlərinin ədəbi agentlər və redaktorlar üçün prezentasiyası oldu.

Milli.Az xəbər verir ki, bu il ilk dəfə Nyu-York Konfransının pitçinq siyahısına MDB məkanını təmsil edən yazıçıların da əsərləri daxil edilmişdi: Aleksandr Qritsenko, Andrey Aksyonov, Nataliya İmpris, Simon Bebel, Saşa Kruqosvetov, Vladimir Şatakaşvili, Viktoriya Balaşova və həmyerlimiz Varis Yolçuyev.

Amerika ədəbi agentlərinə və redaktorlarına Varisin Bakıda və İstanbulda çap edilən, Moskvada çapa hazırlanan "Yetmiş yeddinci gün" romanı təqdim edildi.

Qeyd edək ki, pitçinq hüququ əldə edilmiş bütün sinopsislər Writer`s Digest Annual Conference 2016-nın rəsmi kataloquna salınaraq daha böyük arealda yayılmaq imkanı qazanır.

Konfransın MDB üzrə agenti Lin Menkenin verdiyi açıqlamaya görə keçmiş Sovetlər Birliyi yazarlarının əsərləri fərqli təəssürat axtaran Amerika ədəbi agentlərinin və redaktorlarının böyük marağına səbəb oldu!

Xatırladaq ki, Varisin Amerikada debütü ötən il baş tutub, "Metamorfoz" romanı nəşriyyat hesabına çap edilərək satış şəbəkəsinə buraxılıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol