• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

“Avro-2020” Bakı loqosunun təqdimatı olub – FOTOLAR

“Avro-2020” Bakı loqosunun təqdimatı olub – FOTOLAR
01.10.2016 00:24
Bu gün Bakı Olimpiya Stadionunda UEFA "Avro-2020”-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosunun təqdimat mərasimi keçirilib.

ANN.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferinin rəhbərlik etdiyi nümayəndə heyəti, AFFA-nın rəhbərliyi, "Avro-2020”-nin Bakı şəhərində keçiriləcək oyunlarının Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, tədbirin xüsusi qonağı, dünya futbolunun tanınmış simalarından biri, "Avro-1988”-in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit  və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimin aparıcıları tərəfindən çıxış üçün səhnəyə ilk olaraq Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov dəvət olunub. Sonra UEFA-nın prezidenti Aleksander Çeferin çıxış edib. Ardınca, indiyə qədər keçirilmiş Avropa çempionatlarının maraqlı məqamlarını əks etdirən qısa videoçarx nümayiş olunub. 

Ruud Qullitin çıxışından sonra mərasim iştirakçıları "Avro-2020”-nin oyunlarının ev sahibliyinə iddia irəli sürülərkən AFFA-nın sifarişi ilə hazırlanmış videoçarxı izləyiblər. Tədbirin sonunda səhnəyə dəvət olunan akrobatların maraqlı çıxışının müşayiəti ilə UEFA "Avro-2020”-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosu təqdim olunub.
 
















www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda belə qarşılandı - FOTO
İdman 09:25
Azərbaycan millisi Bakıda belə qarşılandı - FOTO
İngiltərədə futbolçulara analıq məzuniyyətinə çıxmağa icazə verilib - FOTO
İdman 18:00
İngiltərədə futbolçulara analıq məzuniyyətinə çıxmağa icazə verilib - FOTO
“Başakşehir” Mahir üçün “Legiya”ya 750 min avro təklif edib
İdman 22:11
“Başakşehir” Mahir üçün “Legiya”ya 750 min avro təklif edib
Əməkdar məşqçi koronavirusdan vəfat etdi - Foto
Cəmiyyət 22:21
Əməkdar məşqçi koronavirusdan vəfat etdi - Foto
Şəhriyar Məmmədyarovdan heç-heçə
İdman 21:54
Şəhriyar Məmmədyarovdan heç-heçə
Azərbaycanlı futbol məşqçisi dünyasını dəyişdi - Foto
İdman 18:30
Azərbaycanlı futbol məşqçisi dünyasını dəyişdi - Foto
İdmançımız qızıl medal qazandı
İdman 23:28
İdmançımız qızıl medal qazandı
“Mançester Yunayted” Mxitaryanın əvəzinə azərbaycanlını işarələdi - Fotolar
İdman 23:50
“Mançester Yunayted” Mxitaryanın əvəzinə azərbaycanlını işarələdi - Fotolar
Zabit Səmədov nokaut etmişdi, koronavirusdan öldü - Video
İdman 11:54
Zabit Səmədov nokaut etmişdi, koronavirusdan öldü - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol