Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi oldu
Azərbaycana rəsmi səfərə gələn Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı meydanda Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiski qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Roma Papasına raport verdi.
Prezident İlham Əliyev və Roma Papası Fransisk fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Roma Papası Azərbaycan əsgərlərini salamladı.
www.ann.az