• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İlham Əliyev: "Azərbaycan həmişə Şərqlə Qərb arasında körpü rolunu oynayıb"

İlham Əliyev:
02.10.2016 17:30
 "İctimai-siyasi quruluşdan asılı olmayaraq bizim diyarımızda həmişə sivilizasiyalar qovuşub, həmişə Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayıb".

"Report" xəbər verir ki, bu sözləri Heydər Əliyev Mərkəzində Roma Papası Fransiskin Azərbaycana səfəri ilə əlaqədar keçirilən mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib.

"Ötən il Vatikanda görüşərkən, mən sizi Azərbaycana dəvət etdim. Və çox şadam ki, siz dəvəti qəbul edib, bu gün ölkəmizə səfər edirsiniz. Bu səfərin çox böyük mənası var. Bu tarixi bir səfərdir. Bu səfər Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Bu səfər bütün bəşəriyyət üçün önəmlidir. Çünki bu səfər bir də onu göstərir ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və biz çalışırıq ki, bu dialoqa yeni təkan verək. Vatikan-Azərbaycan əlaqələri artıq 24 ildir ki, uğurla inkişaf edir. Qeyd etdiyim kimi, qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər həyata keçirilib. 2012-ci ildə diplomatik əlaqələrimizin 20 illiyinə həsr olunmuş Vatikan muzeylərində Azərbaycan sərgisi keçirilib. Bu ilk müsəlman ölkəsinin sərgisi idi. Bizim əlaqələrimiz eyni zamanda ictimai təşkilatlar tərəfindən dəstəklənir. Və ötən ilin fevralında Cənubi Qafqazın ən böyük Qeyri-Hökumət Təşkilatı olan Heydər Əliyev Fondunun dəstəyi ilə San-Marselino və San-Pyerto katakombalarının əsaslı təmin işlərindən sonra açılışı olub. Bu gözəl hadisə bir də onu göstərir ki, həm bizim ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir, eyni zamanda dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsi reallıqdır. Azərbaycanda əsrlər boyu büün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət və mehribanlıq şəraitində yaşayıblar və bu gün də belədir. İctimai-siyasi quruluşdan asılı olmayaraq bizim diyarımızda həmişə sivilizasiyalar qovuşub, həmişə Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayıb", - deyə Azərbaycan Prezidenti bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Siyasət 16:33
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Siyasət 16:25
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Siyasət 15:59
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
“Rus evi”nin ləğvetmə prosesi tam yekunlaşıb- Nazir
Siyasət 15:56
“Rus evi”nin ləğvetmə prosesi tam yekunlaşıb- Nazir
Cari ildə Ukraynaya göstərilən humanitar yardımın məbləği açıqlanıb
Siyasət 15:31
Cari ildə Ukraynaya göstərilən humanitar yardımın məbləği açıqlanıb
Azərbaycan və Aİ arasında yeni danışıqlar gündəmdədir- Ceyhun Bayramov
Siyasət 15:27
Azərbaycan və Aİ arasında yeni danışıqlar gündəmdədir- Ceyhun Bayramov
Payız sessiyasının son iclası dekabrın 30-da keçiriləcək
Siyasət 13:25
Payız sessiyasının son iclası dekabrın 30-da keçiriləcək
Jurnalist olmaq istəyirlərsə, düzgün olsunlar - Deputatdan irad
Siyasət 12:03
Jurnalist olmaq istəyirlərsə, düzgün olsunlar - Deputatdan irad
Prezident idmançılarla görüşüb
Siyasət 11:23
Prezident idmançılarla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol