Ermənistanın yeni müdafiə naziri bəlli oldu - FOTOLAR
Edvard Nalbandyan vəzifəsində qalıb
ANN.Az xarici mediaya istinadən xəbər verir ki, Ermənistan Prezident Administrasiyasının rəhbəri Vigen Sarkisyan Ermənistanın yeni müdafiə naziri təyin edilib.
Ermənistan prezidentinin mətbuat xidməti yaydığı informasiyaya görə, bundan öncə Ermənistanın Müdafiə naziri Seyran Ohanyan istefaya göndərilib.
İstefaya gedəcəyi barədə xəbərlər dolaşsa da, ölkənin Xarici İşlər naziri Edvard Nalbandyan vəzifəsində qalıb.







Bir müddət öncə Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan güman ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təyin olunacağı barədə xəbərlər yayılıb.
"Yaxın vaxtlarda Ohanyan Ermənistanın müdafiə naziri postundan azad olunacaq. O, KTMT-nın baş katibi postunu tutacaq", - deyə Ermənistan hökumətindəki mənbə qeyd edib.
Bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan dövlət idarəçiliyində geniş miqyaslı dəyişikliklərin olacağını bildirilib.
KTMT-nın hazırkı baş naziri Nikolay Bordyuja isə yeni baş katibin adının təşkilatın bu il oktyabrın 14-də Ermənistanda keçiriləcək iclasında açıqlanacağını deyib.
Rəşid MUSTAFAZADƏ
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər