Obama FIFA və IOC-u korrupsiyada ittiham etdi
ABŞ prezidenti Barak Obama bəyan edib ki, Çikaqonun 2016-cı il Yay Olimpiya Oyunlarına müraciəti digərlərindən daha üstün olub.
ANN.Az-ın RNS-ə istinadən verdiyi xəbərə əsasən, Beynəlxalq Olimpiya Komitəsinin qərarı FIFA-nın qərarları kimi "yüngülcə saxtalaşdırılıb".
"Hər kəs o vaxt düşünürdü ki, əgər mən Kopenhagenə uçsam, bizim qalibiyyət şanslarımız artacaq. Buna görə mən ora uçdum. Nəticədə hamımız anladıq ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarı FIFA-nın qərarları kimi "yüngülcə saxtalaşdırılıb", - deyə Obama bildirib.
Xatırladaq ki,Sayca XXXI dəfə keçirilmi2016-cı il Yay Olimpiya Oyunları Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilib. Planetin 205 ölkəsinin 12 500-ə yaxın idmançısı 17 gün ərzində Braziliyanın stadionlarında ən güclünü müəyyən etmək üçün mübarizə aparıblar.
2016 Yay Olimpiya Oyunlarının proqramına iki yeni idman növü daxil edilmişdir. Qolf və Reqbi 2 oktyabr 2009-cu ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən Beynəlxalq Olimpiya Komitəsinin 121-ci sessiyasında 2016 Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər