• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Caspian European Club-un İdarə Heyətinin yeni tərkibi elan edildi

Caspian European Club-un İdarə Heyətinin yeni tərkibi elan edildi
05.10.2016 17:03
Bu gün Caspian European Club-un (Caspian Business Club) İdarə Heyətinin yeni tərkibinin ilk iclası keçirilib. 

İclasa sədrlik edən Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev yeni üzvlərin seçilməsi münasibətilə Caspian European Club-un  (Caspian Business Club) İdarə Heyətini təbrik edərək, 2017-ci ilin payızınadək həyata keçirilməsi mütləq olan strategiya, yeni layihə və vəzifələr barədə danışıb. 

İdarə Heyətinə seçkilər iyunun 13-dən sentyabrın 13-dək Klubun saytında (www.caspianenergy.org) keçirilib. Səsvermə hüququna yalnız qeydiyyatdan keçmiş iştirakçılar - Caspian European Club-un (Caspian Business Club) üzvləri sahib idilər. Bundan əlavə, 1000-dən çox səs toplamış hər bir namizəd Caspian European Club-un (Caspian Business Club) İdarə Heyətinin tərkibinə daxil olmaq imkanı əldə etdi. 

Caspian European Banking Club, Caspian European Tourism Club və Caspian European Auto Club-a rəhbərlik etmək üçün iştirakçılardan heç kim yetərli miqdarda səs toplamayıb. Gənc sahibkarlarla iş üzrə komitənin rəhbər vəzifəsi də vakant olaraq qalıb. 

Telman Əliyevin sözlərinə görə, ayda iki dəfə sahə klublarının prezidentlərinin sədrliyi ilə dəyirmi masa formatında klubların iclasları təşkil olunacaq.
 
Dövlət qurumlarının nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək bu görüşlər çərçivəsində şirkət rəhbərləri öz fəaliyyətləri, problemləri və onların həlli yolları barədə məlumat veriləcək. "2017-ci ildə Caspian European Club (Caspian Business Club) 15 illik yubileyini qeyd edəcək. Bundan əlavə, 2017-ci ilin martında Caspian European Club-un (Caspian Business Club) dəstəyi ilə çap olunan "Caspian Energy” jurnalının 100-cü nömrəsi nəşr ediləcək. İdarə Heyətinin üzvlərinin təklifinə görə, Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin prezidentləri və baş nazirləri ilə görüşlər yenidən bərpa ediləcək. Əsas diqqət Azərbaycan, Qazaxıstan və Gürcüstanın dövlət qurumları ilə birgə biznes-forumların təşkilinə yönəldiləcək. Həmin biznes-forumların işində Caspian European Club-un (Caspian Business Club) üzv şirkət rəhbərləri ilə bərabər həmin ölkələrdə təmsil olunan diplomatik korpus nümayəndələri, beynəlxalq maliyyə institutlarının və profil assosiasiyaların nümayəndələri də fəal iştirak edirlər”, - deyə T.Əliyev söyləyib.  

Telman Əliyev dekabrın 7-də Bakıda təşkil olunacaq və dünyanın müxtəlif ölkələrindən 300-dən artıq deleqatın toplaşacağı Caspian Energy Forum – 2016-nı  klub çərçivəsində bu ilin əlamətdar hadisəsi adlandırıb. Sözügedən forum Azərbaycanda keçirilən islahatların ilkin nəticələrinə həsr olunacaq.
 
Forumun açılışında Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un (Caspian Business Club) sədri İlham Əliyevin iştirakı gözlənilir.
 
Tədbirdə dövlət başçısına "İlin islahatçısı” nominasiyasında Beynəlxalq Caspian Energy Award – 2016 mükafatı təqdim olunacaq.  Telman Əliyev İdarə Heyətinin üzvlərini sponsor və spiker qismində Caspian Energy Forum – 2016-da iştirak etməyə dəvət edib. 

Tədbirin sonunda İdarə Heyətinin üzvləri açıq səsvermə yolu ilə sahə klublarının və işçi komitələrin yeni rəhbərlərini seçiblər. 

CASPIAN EUROPEAN CLUB-un (CASPIAN BUSINESS CLUB) TƏRKİBİNƏ DAXİL OLAN SAHƏ KLUBLARI VƏ İŞÇİ KOMİTƏLƏR

1. Caspian European Investment Club - Aydın Dəmirçi  
2. Caspian European Oil&Gas Club - Şükür Ağazadə 
3. Caspian European Energy Club – Rüstəm Qasımov 
4. Caspian European Industry Club – Sərxan Babayev 
5. Caspian European Construction Club - Göksel Aybek 
6. Caspian European Transport Club - Rəşad Abbasov 
7. Caspian European Tourism Club 
8. Caspian European IT Club - Cabir Cümşüdov 
9. Caspian European Telecommunication Club - Sabinə Məmmədli 
10. Caspian European Medical Club - Vüqar Eyvazov 
11. Caspian European Education Club - Elşən Rəhimov 
12. Caspian European Agroindustry and FMCG Club - Elşad Rəsulov 
13. Caspian European Finance Club - Anar Bayramov 
14. Caspian European Banking Club 
15. Caspian European Insurance Club - Aydın Rəhmanov 
16. Caspian European Auto Club 
17. Caspian European Services Club - İlgar Axundov 
18. Caspian European Law Club - Samir Hacıyev 

CASPIAN EUROPEAN CLUB-un (CASPIAN BUSINESS CLUB) TƏRKİBİNƏ DAXİL OLAN İŞÇİ KOMİTƏLƏR

19. Tax & Customs Committee - Mustafa Abbasbəyli 
20. Migration & Visas Committee - Vüqar Ramazanov 
21. HR&Labor Committee - Əbülfəz Hacıyev 
22. Corporate Social Responsibility Committee - Məmməd Abbasbəyli 
23. Women Entrepreneurs Committee – Fatimə Aslan 
24. SME (Small & Medium Entrepreneurs)  Committee - Kamaləddin Mənsimov
25. Innovation Technologies Committee - Samir Qasımov 
26. Security Committee - Anar Gülməmmədov 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov bu qaydanı təsdiq edib
Cəmiyyət 16:20
Əli Əsədov bu qaydanı təsdiq edib
Bu hakimin fəaliyyətinəxitam verilib
Cəmiyyət 15:30
Bu hakimin fəaliyyətinəxitam verilib
Cari ildə Azərbaycan 41 ölkə ilə ümumilikdə 191 beynəlxalq sənəd imzalayıb
Cəmiyyət 15:24
Cari ildə Azərbaycan 41 ölkə ilə ümumilikdə 191 beynəlxalq sənəd imzalayıb
Rusiya ilə gərginlik fonunda Azərbaycan münasibətlərdə sabitliyi saxlayıb- XİN rəsmisi
Cəmiyyət 15:20
Rusiya ilə gərginlik fonunda Azərbaycan münasibətlərdə sabitliyi saxlayıb- XİN rəsmisi
2025-ci il Azərbaycan üçün daxili sabitlik və beynəlxalq sülh ili olub- Ceyhun Bayramov
Cəmiyyət 15:18
2025-ci il Azərbaycan üçün daxili sabitlik və beynəlxalq sülh ili olub- Ceyhun Bayramov
Gürcüstana giriş zamanı icbari tibbi sığorta tələbi tətbiq olunacaq
Cəmiyyət 14:23
Gürcüstana giriş zamanı icbari tibbi sığorta tələbi tətbiq olunacaq
Leyla Əliyevanın təşəbbüsü ilə Gəncədə uşaq evində Yeni il tədbiri keçirilib
Cəmiyyət 13:45
Leyla Əliyevanın təşəbbüsü ilə Gəncədə uşaq evində Yeni il tədbiri keçirilib
Azərbaycanda asbest və asbest tərkibli materialların dövriyyəsi 2027-ci ildən qadağan ediləcək
Cəmiyyət 13:36
Azərbaycanda asbest və asbest tərkibli materialların dövriyyəsi 2027-ci ildən qadağan ediləcək
Ramanada işıq olmayacaq
Cəmiyyət 13:20
Ramanada işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol