Akif Əlizadə: AMEA sahibkarlıqla məşğul olacaq
"Elm haqqında” qanunla Azərbaycan Milli Elmlər Akademiyasına sahibkarlıqla məşğul olmaq hüququ verilib.
Bunu Trend-ə AMEA prezidenti Akif Əlizadə deyib.
AMEA prezidenti qeyd edib ki, bununla bağlı çox işlər görməyi nəzərdə tuturlar: "Bizim əsas işlərimizdən biri də elə kommersiya olmalıdır. AMEA elmi yenilikləri kommersiyalaşdırılmış şəraitə gətirib pul qazanmalıdır”.
AMEA-nın hansı sahələr üzrə sahibkarlıqla məşğul ola biləcəyinə gəldikdə, A.Əlizadə qeyd edib ki, bu, kimya, fizika, geologiya, neft geologiyası sahəsi üzrə ola bilər: "Bizim Biologiya bölməsinin institutları da, o cümlədən Torpaqşünaslıq İnstitutu da bu istiqamətdə tədbirlər görə bilər”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəmiyyət
15:20
Rusiya ilə gərginlik fonunda Azərbaycan münasibətlərdə sabitliyi saxlayıb- XİN rəsmisi
Cəmiyyət
15:18
2025-ci il Azərbaycan üçün daxili sabitlik və beynəlxalq sülh ili olub- Ceyhun Bayramov