• $
  • £

“Sözsüz” xüsusi mükafatla geri döndü

“Sözsüz” xüsusi mükafatla geri döndü
18.10.2016 23:59
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti Beynəlxalq Teatr  Festivalında uğurla iştirak edərək Vətənə dönüb. Heyət Litvanın Vilnus və Visaginas şəhərlərində keçirilmiş "Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında ölkəmizi layiqincə təmsil edib. 

Teatrın yaradıcı heyəti festivalda  Semuel Bekketin "Sözsüz” mono-tamaşası ilə çıxış edib.  Səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədov, ifaçı - Əməkdar Artist Şövqü Hüseynovdur.

Oktyabr ayının 11-dən – 17-dək davam edən festivalda gün ərzində 3 (sonuncu gün 4 tamaşa) tamaşa olmaqla 13 səhnə əsəri nümayiş etdirilib.
 
Ölkəmizlə yanaşı festivalda Rusiya, Litva, Belarus, Ukrayna, İtaliya, Slovakiyanın bir sıra teatr kollektivlərinin tamaşaları göstərilib.

Tamaşamız ""Atspindys” XI Beynəlxalq monotamaşalar Festivalında iştiraka görə” diplomu ilə yanaşı, festivalın xüsusi diplomuna və prizinə layiq görülüb.
  
Dünyanın bir sıra aparıcı ölkələrinin iştirak etdiyi festivalda yeni yaradıcılıq əlaqələri qurulub. Tamaşamız haqqında Litvanın əsas mətbu orqanı olan "Sugardas” qəzetində reportaj hazırlanıb və yerli televiziya kanalları vasitəsilə yayımlanıb. 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol