• $
  • £

Əliqismət Lalayev I Regional Konfransa dəvət olunub

Əliqismət Lalayev I Regional Konfransa dəvət olunub
21.10.2016 15:58
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək Teatr sənəti üzrə I Regional Elmi-nəzəri Konfransa dəvət olunub.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, konfrans İran İslam Respublikasının "Dramatik İncəsənət Mərkəzi”nin təşkilatçılığı ilə 2016-cı il 30 oktyabr-1noyabr tarixlərində Tehran şəhərində baş tutacaq. Səhnə sənəti mövzusunda keçiriləcək I Regional Elmi-nəzəri Konfransda bir çox ölkələrin tanınmış incəsənət xadimləri, elm adamları, teatr sənətinin nüfuzlu nümayəndələri iştirak edəcək. Tədbirdə çağdaş dünya teatrlarının inkişaf prespektivləri, beynəlxalq əlaqələrin qurulması və inkişafı, teatr sənətinin bugünü, sabahı və s. məslələlər ətrafında müzakirələr aparılacaq. İyirmiyə yaxın ölkənin tanınmış səhnə xadimlərinin qatılacağı I Regional Elmi-nəzəri Konfransda Azərbaycanı Əliqismət Lalayev təmsil edəcək. Konfransda Ə. Lalayevin "Azərbaycan teatrının inkişaf yolları” mövzusunda çıxışı nəzərdə tutulur.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol