• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Xərçəngdən ölən yazıçının SON YAZISI

Xərçəngdən ölən yazıçının SON YAZISI
25.10.2016 11:53
Amerikalı yazıçı Erma Bombek 1927-ci il fevralın 21-də ABŞ-da doğulub. Bombekin 15 kitabı nəşr edilib, çoxu bestsellərə çevrilib.
 
Axar.az Erma Bombekin xərçəng xəstəliyindən gözlərini dünyaya yummamış qələmə aldığı və hər kəsə yaşam sevgisi bəxş edən yazısını təqdim edir:
 
"Həyatımı yenidən yaşasaydım əgər,
Xəstəykən yatağa girib dincələrdim.
Mən olmadığım zaman hər şey
Pis olacaq deyə, düşünməzdim…
 
Gül formasındakı çəhrayı şamı saxlamaz, yandırardım...
 
Daha az danışar, amma çox dincələrdim.
 
Yer kirlənsə, masa örtüyü ləkələnsə belə, dostlarımı axşam yeməyinə dəvət edərdim...
 
Qonaq otağında TV seyr edərkən popkorn yeyər, döşəmə çirklənəcək deyə, qorxmazdım. Mənə gəncliyindən bəhs etməyə çalışan babama daha çox zaman ayırar, həyat yoldaşıma daha çox dəstək olardım.
 
Saçım pozulmasın deyə avtomobilin şüşəsinin açılmasına əngəl olmazdım.
 
Paltarımın ləkələnməsinə əhəmiyyət vermədən çəmənlikdə oturardım.
 
TV seyr edərkən daha az, həyata baxarkən daha çox ağlayar və gülərdim. Üstünə "Ömür boyu zəmanət verilir” yazılan heç nəyi almazdım.
 
Hamiləliyimin tez bir zamanda başa çatmasını diləmək əvəzinə, hamilə olduğum hər andan həzz alar və bətnimdə bir canlı yaratmağın necə möhtəşəm olduğunun fərqinə varardım. Bu, o qədər nadir bir hadisədir ki... Möcüzə kimi bir şey...
 
Uşaqlarım məni öpmək istədiyi zaman heç vaxt "əvvəl get əl-üzünü yu” deməzdim. Onlara daha çox "səni sevirəm”, ondan da çox isə "üzr istəyirəm” deyərdim.
 
Amma başqa bir həyat verilsəydi, ən çox edəcəyim şey həyatın hər dəqiqəsini dəyərləndirmək olardı.
 
Diqqətlə bax! Həqiqətən gör! Yaşa! İmtina etmə!
 
Kiçik şeylərə görə şikayətlənməyi tərgit. Sahib olduğun mənəvi, cismani hər şey üçün şükür et. Bir həyatın var və bir gün başa çatacaq.
 
Ümid edirəm, hər gününüzü dəyərləndirərsiniz”.
 
Qeyd edək ki, "Analıq”, "Ailə” və digər kitabların müəllifi olan Bombek 1997-ci ildə San-Fransiskoda xərçəng xəstəliyindən vəfat edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib  -  VİDEO
Mədəniyyət 10:57
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib - VİDEO
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət 16:08
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Mədəniyyət 17:09
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Bakıda
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Cəmiyyət 15:59
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Heykəltaraş Natiq Əliyev  beynəlxalq müsabiqənin laureatı seçilib
Mədəniyyət 21:25
Heykəltaraş Natiq Əliyev beynəlxalq müsabiqənin laureatı seçilib
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Mədəniyyət 19:18
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
Mədəniyyət 21:52
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Mədəniyyət 09:50
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol