• $
  • £

Ayaz Salayev: Soso Pavliaşvilinin konsertinə getməzdim

Ayaz Salayev: Soso Pavliaşvilinin konsertinə getməzdim
26.10.2016 14:21
"Ramiz Fətəliyevin məktubu kifayət qədər korrektə olunmuşdur. Amma Soso Pavliaşvilinin cavabı olduqca kobuddur. Heç kimin ixtiyarı yoxdur ki, kinomuzun ağsaqqalı haqqında, nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda artıq-əskik ifadələr işlətsin”.

ANN.Az xəbər verir ki, bu sözləri BAKU.WS-ə Soso Pavliaşvilinin Bakıda - noyabrın 30-da Heydər Əliyev Sarayında keçiriləcək konserti ətrafında yaranan qalmaqala münasibət bildirərkən, tanınmış azərbaycanlı kino tənqidçisi, kinorejissor, ssenarist, əməkdar incəsənət xadimi Ayaz Salayev bildirib.

O, ötən gün xalq artisti Ramiz Fətəliyevin sosial şəbəkədə Soso Pavliaşviliyə ünvanladığı məktubuna və müğənninin də ona verdiyi kobud cavabına sərt münasibətini bildirib:

"Azərbaycanın razılığı, istəyi olmadan Qarabağa gedənləri burada gülərüzlə qarşılamayacaqlar. Onları Azərbaycana buraxıb-buraxmamaq mənim işim deyil, amma şəxsən evimin qapıları onların üzünə bağlıdır. Soso Pavliaşvili deyir ki, Ramiz Fətəliyevi tanımır. Bu Ramiz Fətəliyevin deyil, Soso Pavliaşvilinin problemidir. Ramiz Fətəliyev hətta Azərbaycanın hüdudlarından kənarda da tanınır. Hətta onun ssenarisi əsasında Nikita Mixalkovun filmi də çəkilib. Şəxsən mən Soso Pavliaşvilinin konsertinə getməzdim”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol