• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Dollar möhkəmlənəcək

Dollar möhkəmlənəcək
27.10.2016 19:00
İtaliyada dekabrın 4-də keçiriləcək Konstitusiya islahatları üzrə referendum və "Brexit" danışıqları müsbət nəticələnməsə, avronun dollarla müqayisədə zəifləməsi gözlənilir.
 
"Report"un "Vesti.ru" saytına istinadən verdiyi xəbərə görə, Avropa regionu 2017-ci ildə seçki dövrünə daxil olur. Seçkil ili isə yüksək işsizlik, gəlirlərdə artımın olmaması və Avropa İttifaqında (Aİ) inteqrasiya problemləri fonunda baş verəcək. Əgər İtaliyadakı referendum uğursuz nəticələnərsə, o zaman gələn il ölkədə seçkilər keçiriləcək. Bununla yanaşı, 2017-ci ildə Hollandiya, Fransa və Almaniyada da seçkilər keçiriləcək. Bu da öz növbəsində siyasi risklər yaradaraq avroya təzyiqləri artıracaq. Belə olduğu halda, dollar indeksinin 1,00-1,05 səviyyəsinə çatması gözlənilir.

Lakin bundan öncə ABŞ-da prezident seçkiləri və Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsi ilə iclası keçiriləcək. Analitiklər hər iki hadisənin artıq maliyyə bazarları tərəfindən qiymətləndirdiyini bildirirlər.

Xatırladaq ki, dollar indeksi son iki ildə dar diapazonda (0,94-1,00) hərəkət edir. Dollar indeksi 6 əsas valyutadan ibarət səbətə qarşı dolların məzənnəsini əks etdirir. Dollar indeksinin 1,00 səviyyəsini ötməsi üçün isə önəmli katalizator - əhəmiyyətli xəbərin olması zəruridir. 2015-ci ildə 1,00 səviyyəsini iki dəfə test edən dollar indeksi bu səviyyəni keçə bilməyib. Hazırda dollar indeksi 0,9853 səviyyəsindədir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
İqtisadiyyat 14:59
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Siyasət 13:35
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
İqtisadiyyat 12:37
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
İqtisadiyyat 12:34
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
İqtisadiyyat 12:14
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
Azərbaycana kərə yağı idxalı azalıb
İqtisadiyyat 11:23
Azərbaycana kərə yağı idxalı azalıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 11:07
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:39
Bu günə olan məzənnə açıqlanıb
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
İqtisadiyyat 09:35
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol