• $ 1.7
  • € 1.9087
  • ₽ 0.020606
  • ₺ 0.0439
  • £ 2.2585

Zakir Həsənov hərbi aviabazalardan birində olub - FOTOLAR

Zakir Həsənov hərbi aviabazalardan birində olub - FOTOLAR
30.10.2016 15:00
Pilotsuz uçuş aparatlarının döyüş imkanları nümayiş etdirilib.
 
Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi aviasiya bazalarından birində olub.
 
ANN.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsini, onun imkanları və effektiv istifadəsini, uçuş-enmə zolaqlarını, trenajor siniflərini, yardımçı bina və tikililərin mövcud vəziyyətini yoxlayıb.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində qarşıya qoyulan vəzifələr zabit heyəti ilə keçirilən görüşdə şəxsi heyətin diqqətinə çatdırılıb.

Müdafiə nazirinə yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuşları, heyətlərin hazırlığı və yerüstü idarəetmə stansiyasının imkanları nümayiş etdirilib.

Müdafiə naziri hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.

Görüşün sonunda nazirliyin rəhbər heyəti uçuş və texniki heyətlə birgə nahar ediblər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəmiyyət 17:45
"Dağüstü park"dan Bakının səhər görüntüsü - FOTOLAR
Bakıya ilk QAR YAĞDI - FOTOLAR
Cəmiyyət 09:33
Bakıya ilk QAR YAĞDI - FOTOLAR
Lələtəpəyə bayraq yürüşü olacaq - FOTOLAR
Cəmiyyət 15:01
Lələtəpəyə bayraq yürüşü olacaq - FOTOLAR
Zakir Həsənov hərbi aviabazalardan birində olub - FOTOLAR
Cəmiyyət 15:00
Zakir Həsənov hərbi aviabazalardan birində olub - FOTOLAR
Nazir direktoru işdən çıxardı - FOTOLAR
Cəmiyyət 12:04
Nazir direktoru işdən çıxardı - FOTOLAR
Milli Şura Bakıda mitinq keçirdi
Cəmiyyət 19:25
Milli Şura Bakıda mitinq keçirdi
Ekstremal jurnalistlərin təcrübə poliqonu təlimləri başladı - FOTOLAR
Cəmiyyət 14:02
Ekstremal jurnalistlərin təcrübə poliqonu təlimləri başladı - FOTOLAR
Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi - FOTOLAR
Cəmiyyət 09:24
Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi - FOTOLAR
Nardaran dənizinə aparan yollar - FOTOLAR
Cəmiyyət 09:24
Nardaran dənizinə aparan yollar - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol