• $
  • £

Musiqili Teatrda Rusiyanın teatr rəhbərləri ilə görüş

Musiqili Teatrda Rusiyanın teatr rəhbərləri ilə görüş
15.11.2016 14:39
Azərbaycan Dövlət Musiqili Teatrında "Teatr və multikulturalizm” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində ölkəmizə gələn Rusiya Federasiyasının aparıcı teatr kollektivlərinin rəhbərləri ilə görüş keçirilib.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, görüşdə Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının İcraçı direktoru Natalya Zıkova, Sverdlovsk Akademik Musiqili Komediya Teatrının baş direktoru Mixail Safronov, İrkutsk Musiqili Teatrının direktoru Tatyana Mezençeva, həmin teatrın baş rejissoru Anna Feketa, "Sankt-Peterburq Opera” Kamera Musiqili Teatrının direktoru Yevgeni Malıgin, Severski Musiqili Teatrının direktoru Svetlana Bunakova, Moskva Dövlət Musiqili Teatrının Bədii rəhbəri Gennadi Çixaçov, baş dirijoru Vladimir Yankovskiy, Orenburq Dövlət Musiqili Teatrının direktoru Svetlana Barisova və Rusiya Federasiyasının nüfuzlu teatr tənqidçisi Larisa Barikina iştirak ediblər. Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Ə. Lalayev Rusiyadan gələn qonaqlara ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan teatr sənətinin, musiqisinin, incəsənətinin, ümumilikdə, Azərbaycan mədəniyyətinin inkişafı, beynəlxalq aləmdə tanıdılması üçün çox vacib və mühüm işlər gördüyünü xüsusi olaraq vurğulayıb. O, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda fəaliyyət göstərən bir sıra teatr-konsert müəssisələri ilə yanaşı, Dövlət Musiqili Teatrının da binasının yenidən qurulması, təmir edilməsi və bu möhtəşəm təmir işlərindən sonra yaradılan şəraitlə bağlı məlumat verib. "Bütün bu görülən işlər teatr sənətinin inkişafına dair Dövlət Proqramının tərkib hissəsidir və Azərbaycan dövlətinin, dövlət başçısının teatra, mədəniyyət sahəsinə diqqət və qayğısının bariz nümunəsidir”, - deyə Ə. Lalayev bildirib.  

Səmimi və işgüzar şəraitdə keçən görüşdə ikitərəfli  mədəni əlaqələr müzakirə edilib, bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Belə səmərəli təkliflərdən biri də yaradıcılıq mübadiləsi ilə bağlı olub. İki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların müvafiq olaraq Azərbaycana və Rusiyaya dəvət edilərək səhnə əsərlərinə quruluş verməsi və iştirakı, habelə qarşılıqlı səfər və qastrolların təşkili ilə bağlı məsələlərə toxunulub.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol