Gənc Tamaşaçılar Teatrı növbəti Beynəlxalq teatr festivalına yola düşür

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün yeni – 89-cu teatr mövsümündə 4-cü dəfə Beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır.
Bu dəfə kollektiv Moldova Respublikasının Kişinyov şəhərində keçirilən kiçik həcmli tamaşaların "MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında iştirak edəcək.
Moldova, Belarus, Pribaltika, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının iştirak edəcəyi festivalda ölkəmizi Azırbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin "Kontrabas” mono-tamaşası ilə təmsil edəcək.
Sözügedən səfər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.
Festivalın açılış mərasimi noyabr ayının 21-ə təsadüf edəcək. "Kontrabas” tamaşası noyabrın 24-də Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq.
Festival çərçivəsində aktyor və rejissor sənətinə aid bir sıra treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri də keçiriləcək.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər