• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İlham Əliyev: Oğlumun gələcək seçimi özündən asılıdır

İlham Əliyev: Oğlumun gələcək seçimi özündən asılıdır
18.11.2016 11:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.

Azərbaycan prezidenti görüşün gedişində Avropa Xəbər Agentlikləri Alyansının prezidenti, İsveçin "TT” agentliyinin baş icraçı direktoru Yonas Olof Erikson ilə maraqlı fikir mübadiləsi aparıb.

Onların arasında olan dialoqu təqdim edirik:

Avropa Xəbər Agentlikləri Alyansının prezidenti, İsveçin "TT” agentliyinin baş icraçı direktoru Yonas Olof Erikson: 

-Cənab Prezident, bizi qəbul etdiyinizə görə çox sağ olun. Bura çox gözəldir. Azərbaycana, Bakıya ilk səfərimdir. Bakı çox təsirləndirici şəhərdir, Azərbaycan çox təsirləndirici ölkədir. "TT” agentliyinin baş icraçı direktoru və Avropa Xəbər Agentlikləri Alyansının prezidenti olmağımla yanaşı, mən həm də atayam. Mənim iki uşağım var. Onların 14 və 12 yaşı var. Onlar Stokholmda yaşayırlar. Mənim Sizə sualım var, cənab Prezident, əgər mənim uşaqlarım mənim yolumu davam etsəydilər və jurnalist peşəsini seçsəydilər bu, mənim üçün çox sevindirici hal olardı. Sizin uşaqlarınıza gəldikdə, cənab Prezident, Siz uşaqlarınızın siyasətlə məşğul olacaqlarını, Sizin və atanızın davamçısı olacaqlarını gözləyirsinizmi?

Prezident İlham Əliyev:

-Bu, onların istək və planlarından asılıdır. Düşünürəm ki, hələ onlar öz fəaliyyətindən razıdırlar. Onlar mədəni və sosial məsələlərdə çox fəaldırlar. Yeri gəlmişkən, onların ikisi, həmçinin media ilə də bağlıdır. Mənim böyük qızım uzun illərdir ki, Azərbaycanı Rusiya və beynəlxalq auditoriyaya təqdim edən "Baku” jurnalının baş redaktorudur. Jurnal iki dildə - ingilis və rus dillərində çap olunur. Siz bu jurnalı internetdə görə bilərsiniz. Mənim ikinci qızım da jurnalistika ilə bağlı məsələlərlə məşğuldur. O, jurnalist təhsili almışdır. O, Azərbaycanın zəngin tarixə malik olan müasir ölkə kimi tanınması istiqamətində sənədli filmlər üzərində çalışır və digər tədbirlərdə iştirak edir. 

Mənim oğlum tələbədir. Onun gələcək seçimi onun özündən asılıdır. O, Bakıda universitetdə iqtisadiyyat üzrə təhsil alır. Beləliklə, bu, onların qərarı olacaq. Azərbaycan hər kəs üçün bərabər imkan yaradan ölkədir. Əgər onlar öz gələcəyini siyasətlə bağlamaq istəsələr, bu, onların seçimi olacaq. //Azvision.az

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol