• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

"Şahdəniz-2" layihəsi üzrə işlərin böyük hissəsi tamamlanıb

18.11.2016 14:11
2016-cı ilin ilk üç rübü ərzində "Şahdəniz Mərhələ 2” layihəsinin tikinti işləri uğurla davam edib.
 
"BP Azerbaijan” şirkətindən ANN.Az-a verilən məlumata görə, hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla, ümumilikdə 83%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur. 
 
Məlumata görə, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir:
 
"Sentyabr ayında layihə mühüm bir hadisəni qeyd edib – "Şahdəniz Mərhələ 2” üçün tikilən iki platformadan birinin dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq üçün yola salınıb. Dayaq blokunun rəsmi yola salma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Hasilat və Dikborular (HDB) platformasının dayaq blokunun daşınması, suya endirilməsi və yerləşdirilməsi işləri artıq təhlükəsiz şəkildə başa çatdırılmışdır, payaların üzərinə quraşdırılması işləri isə davam edir".
 
Qeyd olunub ki, İsrafil Hüseynov boru düzən gəmisi "Şahdəniz”in şimal və qərb cinahlarındakı dörd sualtı axın xəttinin hamısının inşasını başa çatdırıb və hazırda qalan 32 düymlük qaz ixrac xətlərinin inşasını həyata keçirir: "Bu işlər 2017-ci ilin birinci rübünədək davam edəcək. "Xankəndi" sualtı tikinti gəmisinin istismara verilməsi üçün hazırlıq işləri yaxşı irəliləyir. Sentyabr ayında gəminin əsas mühərrikləri işə salınıb. Bu yeni gəmi tam hazır olduqda  "Şahdəniz 2” sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək.
 
2016-cı ilin üçüncü rübündə Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları olub.
 
Orxan Aslanlı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol