İstanbulda ərzaq yarmarkası - FOTOLAR


Rüstəm Qasımov
Mən bu yaxınlarda İstanbula səfərim zamanı şəhərin Asiya tərəfini görməyə qərar verdim. Daha öncəki səfərimdə şəhərin Avropa hissəsini kifayət qədər gəzmişəm. Hətta tarixi abidələri haqqında təəssüratlarımı da yazmışdım.
Beləliklə, mənim səyahətim Kadıköy limanından başladı və məhz, yazımızda buradan söhbət edəcəyik. Lakin bu dəfə burada yerləşən və artıq muzey kimi fəaliyyət göstərən məşhur "Heydərpaşa Dəmiryol Vağzalı"ndan bəhs etməyəcəm. Bu gün söhbət kiçik, amma çox maraqlı qastronomiya yarmarkasından gedəcək ki, orada müxtəlif növ məhsulların satışı keçirilir. Bu bazar açıq səma altında Kadıköy limanında Haldun Tanerin adını daşıyan teatrın yanında yerləşir.
Burada mənim ilk diqqətimi çəkən qeyri-adi türk çörəyi oldu. Bu çörəyi digər çörəklərdən fərqləndirən ən əsas cəhət qurumamasıdır. Məhz, bu xüsusiyyətinə görə, nəinki, türklərin, eyni zamanda xaricilərin də diqqət mərkəzində idi. Söhbət bütün Türkiyədə məşhur olan Trabzon çörəyindən gedir.
Çörək nəhəng
dairəvi formada olur, qarışıq buğda növləri ilə mayalanır və xüsusilə daş sobalarda bişirilərək yumşaqlığı
bir həftə qalır. Çörəkçilərin fikrinə
görə, bu çörəyin hazırlanma sirrini bilmədən, nə ev şəraitində, nə də zavod şəraitində bişirmək mümkün deyil.

Yarmarkada
diqqətimi çəkən qastronomiya məhsullarından quru meyvələr oldu. Təqdim olunan meyvə quruları müxtəlifliyi
ilə yanaşı, keyfiyyəti ilə də fərqlənir. Burada üzüm qurusunun növləri, ərik
qurusu və müxtəlif xurmalar və s. tapmaq olar.

Bundan başqa
qoz, fındıq, badam, püstə çeşidlərini də
qeyd etməliyik.

Mənim diqqətimi
çəkən digər bir məhsul isə ətsiz dolmadır ki, bu da insanların damaq dadına
uyğundur. Xüsusilə sağlam qidalanmaya üstünlük verənlər üçün ideal bir təamdır. Belə
ki, qidanın tərkibində onu kalorili edən ət yoxdur. Dolmanın içi düyü və quru kişmişdən
hazırlanır. Burada şəkildə gördüyünüz kimi dolmanın yanında məşhur türk paxlavası da qoyulub.


Beləliklə,
şirniyyatlara keçid alırıq. Türk mətbəxi
müxtəlif növ şirniyyatların bişirilməsi
və hazırlanması ilə məşhurdur. Buraya paxlava rahat lokum və s. daxildir. Eyni zamanda, yarmarkada Türkiyənin məşhur şirniyyatı - "Pestil”, "Cevizli
Sucuk" var idi ki, bunlar üzüm şirəsi və qozdan hazırlanır.

Növbəti
şirniyyat "Kənd Pestili”

Məhsulunun ləzzətli olduğunu piştaxta arxasında duran
satıcı mənə göstərmək istədi.

Biz
yarmarkada olan bol çeşidli kolbasa məhsullarına
nəzər yetirməyə bilməzdik. Yarmarkada xüsusü kolbasa növu var ki, sucuk
adlanır. O qoyun və ya mal ətindən müxtəlif
ədviyyatlar əsasında hazırlanır. Türk və şərq xalqları arasında çox istifadə
olunan bir məhsuldur. Sucuq onun hazırlanması üçün istifadə olunan ədviyyatlara
görə öz iti ətri ilə fərqlənir. Bu
kolbasa növünün müxtəlif cür olanları
var.

Digər növlü kolbasalara nəzərən sucuq daha fərqli
hesab olunur.

Eyni zamanda, yarmarkada bir çəllək bal da almaq mümkündür.

Əgər, siz
yarmarkanı gəzdiyiniz zaman aclıq hiss etsəniz, o zaman elə yarmarkanın içində
hazırlanan "Balıq Əkmək” yeyə bilərsiniz.

Bununla da bizim Kadıköydəki ziyarətimiz sona çatdı. Ancaq İstanbul səyahətimiz davam edir.
Xoş baxış diləyi ilə:








www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər