Xalq artisti Gəncədə dəfn ediləcək

Xalq artisti, dirijor Nəriman Əzimov bu gün Gəncədə dəfn ediləcək.
Bu barədə APA-ya "Mədəniyyət” kanalının direktoru Ramil Qasımov verib.
R. Qasımov bildirib ki, N. Əzimov öz vəsiyyətinə uyğun olaraq anasının məzarının yanında torpağa tapşırılacaq. N. Əzimovla vida mərasimi bu gün saat 12.00-da Yeni Yasamal 1. ünvanındakı evində olacaq.
Qeyd edək ki, 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra noyabrın 19-da vəfat edib. Prezident təqaüdçüsü olan N. Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər