• $
  • £

ANS-in yerləşdiyi ərazi şirkətdən geri alınır?

ANS-in yerləşdiyi ərazi şirkətdən geri alınır?
28.05.2020 23:23
ANS Şirkətlər Qrupunun fəaliyyəti dayandırılsa da, telekompaniya ətrafında qalmaqallar səngimək bilmir. 

Bəzi məlumatlara görə, ANS-in ərazisi  Zoologiya İnstitutuna məxsus olduğundan onun tezliklə geri alınacağı gözlənilir.

Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az-a açıqlamasında ərazinin geri alınması ilə bağlı,  iddiaçı qismində ola bilmədiklərini bildirib.

 "Həmin ərazini geri qaytarmaq məsələsi tamamilə bizim nəzarətimizdən kənardadır. Ərazini geri almaq səlahiyyətimiz yoxdur. Elmlər Akademiyasının prezidenti, İşlər İdarəsi,  Rəyasət Heyəti var. Bu məsələləri onlar həyata keçirə bilər”.

İnstitutun direktorunun sözlərinə görə, ANS-ın məskunlaşdığı əraziyə Əmlak Məsələləri Dövlət Komitəsi nəzarət edib.

"Bütün əmlak dövlətə məxsusdur. Zoologiya İnstitutu da dövlət müəssisəsidir. ANS-lə  icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsi bağlamışdı. Artıq Dövlət Komitəsi ilə ANS Şirkətlər Qrupu arasında müqavilənin vaxtı bitib. Şirkət ləğv olunduğuna görə, Əmlak Komitəsi də həmin müqaviləni ləğv edib. Buna baxmayaraq, onlar hələ də həmin ərazidədirlər. Qapılar möhürlənib, bağlanıb. Ərazi polis nəzarəti altındadır”.

Əmlak Məsələləri Dövlət Komitəsindən isə Modern.az-a bildirilib ki, obyekt də, idarəçilik də Zoologiya İnstitutuna məxsusdur. Adıçəkilən ərazinin geri qaytarılmasına da nəzarət institutun iş prinsipinə daxildir.

Qeyd edək ki, ANS-in yayımı  bu ilin 18 iyulunda dayandırılıb.
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol