• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

Gənc Tamaşaçılar Teatrının fəaliyyəti “Baku” jurnalında - FOTOLAR

Gənc Tamaşaçılar Teatrının fəaliyyəti “Baku” jurnalında - FOTOLAR
21.11.2016 14:11
Heydər Əliyev Fondunun vitse-prezidenti və Fondun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyadakı Azərbaycanlı Gənclər təşkilatının sədri Leyla xanım Əliyevanın baş redaktorluğu ilə Moskvada nəşr olunan "Baku” jurnalının noyabr-dekabr sayı artıq dərc olunub.
 
Jurnalın bu dəfəki sayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Rusiya Federasiyasının Perm şəhərində keçirilmiş II Beynəlxalq Martin MakDonax Teatr Festivalındakı uğurlu çıxışı haqqında məqalə yer alıb. 

Məqalənin maraqlı başlığı oxucunu elə ilk anlardan cəlb edir: "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "Gözəllik kraliçası” tamaşası Permdə keçirilən II Martin MakDonax Beynəlxalq Teatr Festivalının ən parlaq hadisəsi oldu”. 

Martin MakDonax hələ 27 yaşında olarkən Şekspirdən sonra dünyada 2-ci dramaturqdur ki, onun pyesləri Londonun dörd məşhur teatrlarında bu gün də nümayiş olunur.  

Festivalda iştirak etmək üçün müraciət etmiş dünyanın 150 ölkəsi arasından seçilmiş  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və teatrın təqdim etdiyi tamaşa məqalədə xüsusi olaraq vurğulanır. Artıq ikinci dəfə sözügedən festivalda iştirak edən teatrın nümayiş etdirdiyi tamaşa ingilis rejissoru Yan Vilyem Van Den Boş tərəfindən hazırlanıb. Martin MakDonaxın "Lineynin trilogiyası”na daxil olan "Gözəllik kraliçası” 40 yaşlı qızın 70 yaşlı anası ilə qarşılıqlı və nifrət dolu yaşamını əsk etdirir. Tamaşamız və peşəkar aktyor oyunu haqqında yazan məqalə müəllifinin sözlərinə görə "Gözəllik kraliçası” hər bir insanın öz xoşbəxtliyi və bu xoşbəxtliyin onun yaxınlarına  təsiri haqqında düşünməyə vadar edir. 
 








www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol